Deputat qiymət artımını tənqid etdi


Milli Məclisin iclasında deputat Əli Məsimli Azərbaycanda qiymət artımından danışıb. 

Oxu.Az-ın məlumatına əsasən, Ə.Məsimli bildirib ki, monopolistlər müxtəlif bəhanələrlə qiymətləri hər gün artırırlar. 

“İndi Novruz bayramı ərəfəsidir. Monopolistlər isə istəyir ki, qiymətləri bayrama görə bir az da qaldırsınlar”, - deyə Ə.Məsimli əlavə edib. 

O qeyd edib ki, Azərbaycanda monopoliyaya son qoyulmalıdır və iqtisadi azadlıqlar genişləndirilməlidir.