Deputat: Rusiyada xeyli qüvvələr var ki, Azərbaycana dəstək verməyə çalışırlar
16:13 01.07.2018
Arxiv
622
Bu gün Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində keçirilən "Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir" adlı konfrans hər iki ölkə üçün böyük əhəmiyyətə malikdir. Bunu Trend-ə konfransda iştirak edən Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, millət vəkilləri bu konfransda iştirak edirdi və konfransda həm Dağlıq Qarabağ məsələsi, həm Rusiya-Azərbaycan münasibətlərinin gələcək perspektivləri geniş müzakirə olundu:
"Bu konfransın keçirilməsində əsas məqsəd Rusiya-Azərbaycan münasibətlərinin ictimai sistemdə, xüsusilədə ictimai qrumlar tərəfindən daha doğru mənimsənilməsi, daha doğru anlaşılması və daha yaxın münasibətlərin qurulması istiqamətində ictimai rəyi formalaşdırmaqdır. Hesab edirəm ki, çox faydalı müzakirələr oldu, millət vəkilləri, ictimaiyyət nümayəndələri çıxış etdilər və bu konfransların gələcəkdə də davam etdirilməsi qərara alındı”.
Deputat qeyd edib ki, bu konfrans həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, Rusiyada Azərbaycana yönəlilk müsbət fikirlərin, yanaşmaların olması Rusiyanın özünə də xeyirlidir: "Eyni zamanda Rusiyanın Azərbaycanla strateji tərəfdaşlıq edən ölkə olması fikrinin də Rusiyada aşılanması baxımından bu konfrans daha faydalı idi. Hesab edirəm ki, Rusiyada xeyli qüvvələr var ki, Azərbaycanın önəmini daha çox görməyə başlayıblar və Azərbaycana dəstək verməyə çalışırlar ”.
Deputat vurğulayıb ki, rusiyalı nümayəndələri Azərbaycan əsgərlərini ziyarət etdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi