Deputat Yardımlı üçün Baş nazirdən kömək istədi





Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilib. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edib.


Bundan sonra millət vəkilləri hesabatla bağlı fikirlərini səsləndiriblər. Deputat Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttin uğurla həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyatı dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalradan yan keçib.

Millət vəkili təmsil etdiyi Yardımlı rayonundakı problemləri baş nazirin diqqətinə çatdırıb və hökumətdən yardım istəyib: "Yardımlının kəndlərinin qazlaşdırılması sürətləndirilməlidir.Kəndlərarası yol və körpülərin tikintisi, su təchizatının daha da yaxşılaşdırılması ilə bağlı həllini gözləyən problemləri qeyd etmək istəyirəm.

Sovetlər dövründə Yardımlıya asfalt yol olmayıb. Amma Azərbaycan Prezidenti İlham Əliyevin Yardımlıya səfəri zamanı bu yolun asvalt olunması rayon əhalisinə hədiyyə edildi. Lakin son illərdə Ələt-Astara magistralının tikintisi zamanı Yardımlı ərazisindən bu yolun tikintisi üçün daşınan torpaq nəticəsində yol dağılıb. Düzdür, yol tikintisini həyata keçirən şirkət yolu sonda asfalt edəcəyini öhdəlik kimi üzərinə götürsə də, bunu etməyib. Yardımlı əhalisi yolunu bərpasını səbrsizliklə gözləyir”.