
Deputatdan ictimai nəqliyyatdakı qiymət artımına MÜNASİBƏT:" 30 qəpik də digər ölkələrlə müqayisədə aşağıdır"
09:20 31.07.2018
Arxiv
1362
"Son 10 ildə Tarif Şurası ictimai nəqliyyatda qiymət artımı ilə bağlı qərar verməyib”.
Bu sözləri "Sherg.az”a ötən gün ictimai nəqliyyatda gediş haqqının bahalaşmasının səbəblərini izah edərkən millət vəkili Aydın Hüseynov deyib.
O diqqətə çatdırıb ki, qiymət artımı ictimai nəqliyyatdan istifadə edən vətəndaşların rahatlığının təmin olunması məqsədilə atılan addımdır:
"İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sayı getdikcə artır. Eyni zamanda ölkəmizə çoxsaylı turist axını müşahidə edirik. Ona görə, nəqliyyat təsərrüfatının yenilənməsi, sərnişinlər üçün komfort şəraitin yaradılması zərurəti ortaya çıxıb. Bütün bunları təmin etmək üçün gediş haqqının artırılması vacib məsələdir.

İctimai nəqliyyatda gediş haqqı 30 qəpik müəyyən olunduqda belə bu göstərici MDB məkanında digər ölkələrlə müqayisədə aşağıdır. Azərbaycanda ictimai nəqliyyat postsovet məkanındakı digər ölkələrdən ucuzdur. Qeyd etdiyim kimi, bu addım vətəndaşlarımızın rahatlığının təmin olunmasına yönəlib. Biz paytaxt ərazisindəki tıxaclardan narazılıq edirik. Amma ictimai nəqliyyat rahatlaşarsa, metro və avtobuslardan istifadə edən sakinlərin sayı artacaq və tıxac problemi də nisbətən həll olunacaq”.
Qeyd edək ki, ötən gün Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Yeni qərara əsasən metro və avtobuslarda gediş haqqı 30 qəpik həcmində müəyyən edilib. Məlumat üçün onu da bildirək ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.
Aydın Baxış
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya