Deputatdan şairə tutarlı cavab: "Hə, sonra ? ! "
13:43 18.09.2017
Arxiv
4235
Fazil Mustafa:"Cümhuriyyət devrildi, yerinə bolşeviklər gəldi, onlar da öz abidələrini ucaltdılar. Bizi maraqlandıran odur ki, tarixin bir anında onlar ləyaqətli hərəkətlər ediblər. Bunun başqa nə izahı olmalıdır ki ?"
Ötən günlərdə tanınmış şair-publisist Aqşin Yeniseyin öz feysbuk profilində 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı yazdığı statusu ciddi müzakirələrə səbəb olub.
Öncə, yazarın fikirlərini olduğu kimi təqdim edirik :
"Yazır Nuru Paşa Bakını işğaldan xılas edib. Necə azad edib ki, Nuru Paşanın döyüşdüyü adamlar Bakıda 70 illik bir hökumət qurub öz heykəllərini qoydular. Nuru Paşanın qoruduğu adamların isə heç birinin qəbri belə Azərbaycanda deyil. Tarixi hind kinosu kimi əfsanələşdirmək nə işə yarayır ki? Düzdür, 20-ci yüzildə Azərbaycana milli dövlətçilik hissi həmişə Tükiyədən ixrac olunub, amma bu əsas vermir ki, tarixi reallığı unudub, ictimai şüuru həmişə bir himayədarın olacağı nağılları ilə aldadasan".
Qeyd edək ki, statusa yazılan şərhlərdən də aydın müşahidə etmək olur ki, şairlə razılaşanlarla yanaşı ona etiraz edənlər də az deyil. Və hətta bir neçə şəbəkə istifadəçisi o dövrlə bağlı müəyyən prosesləri şairə izah etməyə çalışıb. Bütövlükdə isə Azərbaycan torpaqlarını, məxsusi olaraq paytaxt Bakını işğaldan azad etmiş bir komandanın Azərbaycan üçün xidmətlərinin heçə endirilməsi və ya ona qarşı bu cür təzadlı yanaşma ictimaiyyət nümayəndələri, millət vəkilləri və ayrı-ayrı fərdlərin narazılığına səbəb olub.
Millət vəkili Fazil Mustafa da şairin yanaşmasının anlaşılmaz olduğunu söyləyib. O, "Sherg.az"a açıqlamasında qeyd edib ki, bu, çox mənasız mövqedir:
"Fakt odur ki, Nuru Paşa Bakını işğaldan azad edib, vəssalam! Lalayanı orada güllələdib və Bakıda erməni bolşevik birləşmələrini dağıdıb. Sonra da Bakını Azərbaycan hökumətinə təhvil verib. Həmin dönəmdə Azərbaycan xalqına aman vermirdilər, məhz Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Azərbaycan xalqını bolşevik qırğınından xilas edib.
Nuru Paşaya qarşı fikirlər birmənalı olmaya bilər. Amma Azərbaycan xalqının bügünkü təmsilçiləri, onun yaşayan varisləri olaraq, biz bu gün o haqqı unutmamalıyıq. Bu haqqı mütləq qaytarmalıyıq. Söhbət abidədən deyil, onun adının şərəflə xatırlanmasından gedir. Biz deyirik ki, bu adamın haqqını verək, hoqqa açmağa ehtiyac yoxdur".
Nuru Paşanın qarşı çıxıb vuruşduqlarına heykəlin qoyulmasına gəlincə, deputat onun səbəbini bu cür izah edib:
"Cümhuriyyət devrildi, yerinə bolşeviklər gəldi və onlar da öz abidələrini ucaltdılar. Hə, sonra... ?! Bizi maraqlandıran odur ki, tarixin bir anında onlar ləyaqətli hərəkətlər ediblər. Bunun başqa nə izahı olmalıdır ki ? Bizim də müraciətimiz ona dayanır ki, Nuru Paşaya abidə qoymamağımız Azərbaycan xalqı adına ayıbdır və haqqı itirməyimiz deməkdir. Bizdə "Azərbaycan xalqı qədirbilən xalqdır" deyimi var. Bax, o qədirbilənliyimiz özünü bu işdə göstərməlidir. Qədirbilən xalq onu xilas edənə qiymət verməlidir. Məsələnin mahiyyəti budur".
Hazırladı: Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat