Deputatlara mandat paylandı

Milli Məclisin iclasında komitələrin tərkibi müəyyənləşdi


Ötən gün Milli Məclisin növbəti iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədov şəffaf və uğurlu seçkilərin təşkil olunmasına görə Mərkəzi Seçki Komissiyasına minnətdarlığını bildirib. O qeyd edib ki, ölkəmizdə V çağırış Milli Məclis demokratik seçkilərlə formalaşıb.

O.Əsədov seçkilərdə qalib gəlmiş deputatlara mandat vəsiqələrinin verilməsi üçün MSK-nın sədri Məzahir Pənahova söz verib. MSK sədri seçki prosesinin demokratik və şəffaf şəkildə keçirildiyini vurğulayıb. O, seçilmiş bütün millət vəkillərini təbrik edib və uğurlar arzulayıb.

Daha sonra deputatlara vəsiqələri paylanıb.

İclasda parlamentin komitə sədrlərinin müavinləri bəlli olub. Yeni tərkib parlamentin 15 komitəsinin sədr müavinləri seçilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizənin sədr müavini Aydın Mirzəzadə, İqtisadi siyasət, ə sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev o Təbii eht energetika və ekologiya komitəsinin sədr müavini Kbizadə, Aqrar siyasət komitəsinin sədr müavini Eiyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Rev seçilib.

Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva olub. Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Xanlar Fətiyev, Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev seçilib.

İclasın bitdiyini deyən spiker növbəti plenar iclasın vaxtını açıqlayıb. O deyib ki, növbəti dəfə parlament dekabrın 4-də olacaq: "İclasın gündəliyi barədə əlavə məlumat veriləcək”.

Anar