Detallar ortaya çıxır: Qatilin təhsil xərclərini iş adamı qarşılayırmış





Rusiya səfirini öldürən təcavüzkarla əlaqədar son dəqiqə məlumatı... Sui-qəsdi təşkil edən çevik qüvvət polisi Mevlüt Mərd Altıntaşın Sökədə FETÖ-nün Körfəz Dərsxanalarına getdiyi və təhsil xərclərinin Sökeli fərari iş adamı Şahin İlgi  tərəfindən qarşılandığı öyrənildi.

Şahin İlgi çevriliş  müvəffəqiyyətli olsaydı Hərbi vəziyyət Qubernatoru, ya da Aydın Böyükşəhər Bələdiyyə Başçısı olacağı öyrənildi. Digər yandan İlginin atası Mehmet İlginin dörd gün əvvəl FETÖ-dən həbs olunduğu ortaya çıxdı. 

NECƏ BELƏ BİR ŞEY ETDİ, ANLAMADIM, ÇOX ÇAŞDIM

Təcavüzkar Mevlüt Mərd Altıntaşın evlərində axtarış aparan polis, anası Hamidiye Altıntaş, atası Esrafil Altıntaş, bacısı  Səhər Özeroğlu ilə biri qadın olmaqla 2 qohumunu nəzarətə götürdü. Sökə Mahal Təhlükəsizlik Müdirliyində sorğulanan ailədən ata Esrafil Altıntaşın ifadəsində, "Necə belə bir şey etdi, anlamadım, çox çaşdım" dediyi öyrənildi. Ailə üzvləri, ilk sorğularının tamamlanmasının ardından Aydın El Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyinə aparıldı.


Təcavüzkarın dayısı nəzarətə alındı! Diqqət çəkən detal...


Rusiyanın Ankaradakı səfiri Karlovu öldürən çevik qüvvət polisi Mevlüt Mərd Altıntaşın Kuşadasında müəllim olan dayısının FETÖ istintaqları daxilində nəzarətə alındığı ortaya çıxdı. Təcavüzkarın məmləkəti Aydının Sökə mahalında böyük şok yaşanarkən, Altıntaşın içinə qapalı, utancaq, kimsəylə danışmayan və asosyal bir insan olduğu öyrənildi.


Üç tapıntı: FETÖ-yü işarə edir...

Təhlükəsizlik qaynaqları, Mevlüt Mərd Altıntaşın dayısının FETÖ istintaqı keçirməsini, Körfəz Dərsxanalarına gedərək Ankarada FETÖ yurdlarında qalmasını və FETÖ-dən arananan bir iş adamından təqaüd aldığı, şübhəlinin FETÖ ilə əlaqələrini göstərdiyini söylədi. (Sabah)