Devalvasiyadan sonra marketlər dələduzluq edir
20:44 22.04.2016
Arxiv
922
“Bəzən mağazalarda elə məqamlar olur ki, piştaxtadakı qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir”
Bəzi super-marketlər "vitrin”də başqa, "kassa”da ayrı qiymət yazmaq” oyunlarının ifşasından sonra yeni fırıldağa əl atıblar. Yəni bir mağazadakı kassalar eyni məhsul üçün fərqli qiymət göstərir. Eyni məhsulun qiyməti bir kassada 5 manatdırsa, digərində 8 manatdır. Əlbəttə, diqqətli, aldıqları hər məhsulun qiymətini beynində avtomatik hesablayan müştərilər mağazanın toruna düşmür.
Amma buna laqeyd yanaşanlar dərhal "tələ”nin şikarına çevrilirlər. Bu günlərdə həmkarımız Firdovsi Fərzəliyev də feysbuk sosial şəbəkəsində vətəndaşlarımızın alış-veriş zamanı diqqətli olmalarına dair çağırış edib. Həmin elanı olduğu kimi təqdim edirik: "Marketlərdə diqqətli olun, xanımlar və cənablar. Bu gün "Bizim market”də eyni malı bir kassada 17, digər kassada 11 manat hesabladılar. Aldıqlarınızın çalışın dəqiq də olmasa, təxmini hesabını aparın”. Əlbəttə, bu halla dəfələrlə rastlaşmışıq və mağaza rəhbərinə ciddi etirazımızı bildirmişik. O isə bunu qiymətlərin tez-tez dəyişməsi, daha doğrusu, bahalaşması ilə izah edib. Hətta qiymət artımını mağazalara tətbiq olunan ağır vergilərlə əlaqələndirib.
Bunu marketlərin dələduzluğu adlandıran iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında qeyd edib ki, belə hallara marketlərdə çox rast gəlinir. Onun fikrincə, bu vəziyyət manatın devalvasiyasından sonra yaranıb: "Bunun adı dələduzluqdur. İqtisadiyyat Nazirliyinin nəzdində istehlakçıların hüququna nəzarətlə bağlı xüsusi departament fəaliyyət göstərir. "Qaynar xətt”ləri də var. Vətəndaşlar da diqqətli olmalıdırlar. Qiymət cazibədarlığına aldanmalı deyillər. Doğrudur, diqqətli insanlar var. Amma əksəriyyəti istehlak səbətini məhsulla doldurur. Heç hesaba baxmır. Nəticədə tora düşür”.
Ekspertin sözlərinə görə, bəzən mağazalarda elə məqamlar olur ki, piştaxtadakı qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir: "Aralarında 10 faizə qədər fərq olur. Bunun adı dələduzluqdur. Düşünürəm ki, "qaynar xətt”ə və ya huquq-mühafizə orqanlarına müraciət olunsa, qarşısı alınar”.
F.İbrahimov iqtisadiyyat naziri Ş.Mustafayev və Vergilər Nazirliyinin səlahiyyətli şəxsləri ilə ölkənin vergilərə etiraz edən iri super-market şəbəkələrinin rəhbərləri arasındakı görüşə diqqət çəkib: "Böhran yaşayan ölkələrdə gömrük, vergi və digər maliyyə orqanları mütləq yumşaldıcı, stimullaşdırıcı tədbirlər həyata keçirməlidirlər. Əks halda, böhrandan çıxmaq mümkün deyil. Sahibkarın və istehlakçının dövriyyəsi genişləndirilməlidir. Ümumi maliyyə korpuslarımız arasında koordinasiyanın olmaması vəziyyəti ağırlaşdırdı. Onu da deyim ki, marketlər vergidən azad olsalar belə, istehlakçılar bunun effektini görməyəcək. Çünki mağaza rəhbərlərinin məqsədi heç də istehlakçıya gün ağlamaq deyil. Onlar öz maraqlarını güdürlər. Aylıq xərcləri çoxalır. Gəlirlər azalır. Öz çıxarlarını düşünürlər. Hesab edirəm ki, ƏDV ləğv edilsə, mağazalar gəliri öz xeyirləri kimi iqtisadi dövriyyəyə buraxacaqlar. Çox təəssüflər olsun, burada istehlakçını düşünən məqam yoxdur. Olmayacaq da”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana yeni zərbələrlə bağlı qərarını açıqlayıb
01:16 03.11.2026
Son dəqiqə
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm