Didye Deşam: “Mbappe məsuliyyət daşıdığını bilirdi”
08:33 29.06.2021
Arxiv
455
Fransa millisinin baş məşqçisi Didye Deşam İsveçrə ilə qarşılaşmada Kinqsli Komanın aldığı zədə və Kilian Mbappenin qaçırdığı penalti zərbəsi barədə fikirlərini bölüşüb.
Bu barədə “MatchTV” məlumat yayıb.
Məşqçi qeyd edib ki, Komanın zədəsi turnirə hazırlıqla bağlı deyil. O, mövsümün sonunda hər zaman zədələrin çox olduğunu, həmçinin temperaturun və meydandakı sürüşmə fəndlərinin də nəzərə alınmalı olduğunu vurğulayıb.
Baş məşqçinin sözlərinə görə, oyundan sonra soyunub-geyinib otağında hər kəs birlik nümayiş etdirib:
“Heç kim bir-birinə “sən burada səhv etdin” demədi. Əgər sən penalti vuracaqsansa, təbii ki, məsuliyyət daşıyırsan. Kilian bunu bilirdi və yenə də vurmaq istəyirdi”, - deyə baş məşqçi qeyd edib.
Xatırladaq ki, AVRO-2020-nin 1/8 final mərhələsi çərçivəsində Fransa millisi penaltilər seriyasında İsveçrə millisinə məğlub olub. Əsas vaxtı 3:3 hesabı ilə bitən oyunda əlavə vaxtda qol vurulmayıb. İsveçrəlilər beş penalti zərbəsinin hər birini qola çevirib. Fransa isə ilk dörd zərbənin hər birində uğur qazanıb. Kilian Mbappenin zərbəsini isə rəqib qapıçı dəf edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol