DİM 700-dən çox abituriyentin qiymətində dəyişiklik etdi
09:52 20.06.2019
Arxiv
604
Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasının məlumatını açıqlayıb.
DİM-dən "Sherg.az"a bildirilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyasına 1593 nəfər buraxılış imtahanları üzrə, 54 nəfər I qrup üzrə, 111 nəfər II qrup üzrə, 55 nəfər III qrup üzrə, 45 nəfər isə IV qrup üzrə olmaqla ümumilikdə 1858 məzun və ya abituriyent (bütün imtahan verənlərin 1,11%-i) qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.
Bu müraciətlərdə buraxılış imtahanlarından 14000-ə yaxın, qəbul imtahanlarından isə 800-ə yaxın olmaqla ümumilikdə 14800 (bütün yazı işlərinin 0,49%-i) yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub.
Bütün müraciətlər araşdırılıb və onları yazanlar dəvət edilərək iş üzrə birlikdə müzakirə aparılıb (regionlarda yaşayanlar ilə telefonla əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilib və müvafiq izahlar olunub). Apelyasiyaya müraciət edənlərdən 726 şagird və ya abituriyentin (bütün imtahan verənlərin 0,43%-i) cəmi 892 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. Təxminən 70 işdə edilmiş düzəliş imtahan verənin tapşırığın həllini (və ya cavabını) başqa tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.
200-dən çox şagird və ya abituriyent bu və ya digər fənn üzrə bütün tapşırıqlarla bağlı müraciət edib, amma araşdırma zamanı məlum olub ki, müraciət etdikləri fənn üzrə heç bir yazı işini yerinə yetirməyiblər. 58 şagird və ya abituriyent ərizə yazmalarına baxmayaraq apelyasiyada iştirakdan imtina edib və ya apelyasiyaya gəlməyib. Bununla belə, onların da ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib. Həmçinin, Apelyasiya Komissiyasının qərarı ilə 7 aprel 2019-cu il tarixində keçirilib imtahanın bir tapşırığının (B variantında 48 nömrəli, D variantında 47 nömrəli, F variantında 47 nömrəli, H variantında 47 nömrəli) qiymətləndirmə meyarına "hadisələri” sözü də doğru cavab kimi daxil edilmiş və həmin tapşırığı bu şəkildə cavablandıran 136 şagirdin nəticəsində müvafiq dəyişiklik edilib.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, qeyd olunan dəyişikliklər iyun ayının 25-dək onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapacaq.
Xatırladaq ki, buraxılış imtahanlarda 100 minə yaxın, dörd qrup üzrə qəbul imtahanlarında 67600-ə yaxın şagird iştirak etmişdir və bu şagirdlərin ümumilikdə 3 milyondan çox tapşırıq üzrə yazı işi yoxlanılıb.
Bununla da, 2019-cu il 7, 14, 21 və 28 aprel tarixlərində keçirilmiş qəbul (buraxılış) imtahanlarının birinci və 12, 19 mayda keçirilmiş ikinci mərhələsinin nəticələri ilə əlaqədar Apelyasiya Komissiyası öz işini yekunlaşdırıb.
Apelyasiya Komissiyası yay qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra yenidən fəaliyyətini bərpa edəcək. Lakin bütün abituriyent və valideynlərə bir daha müraciət edirik. Apelyasiya Komissiyasına müraciət etməmişdən öncə DİM-in internet saytında öz imtahan nəticələriniz, cavab vərəqəniz və qiymətləndirmə meyarları ilə tanış olun. Müraciətlərdən aydın olur ki, imtahan iştirakçıları öz yazdıqları ilə tanış olmayıblar. Hətta boş yazı işləri (200 nəfər) ilə əlaqədar müraciətlər var. Bütün bunların araşdırılması Apelyasiya Komissiyasının işini ləngidir və lazımsız vaxt itkisinə səbəb olur. Məsələn, qəbul imtahanlarında iştirakçı sayı və cavab vərəqlərinə baxmış şəxslərin sayı aşağıdakı kimidir:
2019-cu il aprelin 7-də imtahan verən 27660 nəfərdən 13342-si, 14-də imtahan verən 28634 nəfərdən 8165-i, aprelin 21-də imtahan verən 22499 nəfərdən 4965-i, aprelin 28-də imtahanda iştirak edən 19486 nəfərdən 4220-si, mayın 12-də imtahan verən 32174 nəfərdən 6700-ü, mayın 19-da imtahan verən 35423 nəfərdən 7716-sı öz cavab vərəqinə baxıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol