“Dini-səmavi mətnlərdə Azərbaycan”: Dəyirmi masa keçirilib
09:51 01.02.2016
Arxiv
696
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə "Dini-səmavi mətnlərdə Azərbaycan” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. "Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu rəhbərlik etdiyi fikir mərkəzinin mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil etdiyini xatırladıb. Bu dəyirmi masanın da həmin layihələrdən biri olduğunu vurğulayan V. Zifəroğlu Azərbaycanın zəngin mənəvi irsin daşıyıcısı olan dəyərlər sisteminə malik olduğunu bildirib. O, eyni zamanda bununla əlaqədar dini mətnlərdə istinadlar tapmağın mümkün olduğunu deyib: İstər Tövrat, istər Zəbur və İncildə tarixi keçmişimizlə bağlı bu cür qeydlər kifayət qədərdir. İslam dininin müqəddəs kitabı olan Quranda isə Azərbaycanla bağlı olan bir çox maraqlı məqamlar tapmaq mümkündür və tədbirin keçirilməsində də əsas məqsəd məhz bu məqamlara diqqət çəkməkdir”.
"Oğuz” MAQ idarə heyətinin üzvü, tədqiqatçı Ceyhun Bayramlı "Quran ayələrində Azərbaycan və türklük” mövzusunda birliyin hazırladığı slaydın əsasında geniş şəkildə çıxış edib. C. Bayramlı çıxışında eyd edib ki, Quran tarixşünaslığına yeni baxış sərgilənməlidir: "Qurani-Kərimdə qeyd olunmuş tarixi hadisələrlə bağlı məlumatlar da, bəzi din xadimlərinin fikirlərinin əksinə olaraq, təkcə
ərəblərin keçmişini və Ərəbistan yarımadasını deyil, Yer kürəsinin qədim dövr insanları yaşamış bir çox məkanlarını əhatə etməkdədir. Dinimizin müqəddəs kitabında Azərbaycanla bağlı bir sıra qeydlər var”. Daha sonra tədqiqatçı Musa ilə Xizirin görüşdükləri məkan, Quranda adı keçən Ərrəs əhli, Səba eli və Bilqeys qissəsi, Quranda və eləcə də digər səmavi kitablarda adı çəkilən Mədyən eli, Zülqərneyn səddi, Ad qövmü barədə geniş məlumat verərək, onların Azərbaycanla bağlılığına diqqət çəkib. Çıxış və slayd təqdimatından sonra qonaqların da iştirakı ilə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat