DİQQƏT: "Enerji içkiləri mədə xəstəliklərini artırır" - FƏSAD
14:04 15.09.2017
Arxiv
746
Şəmsiyyə Namazlı: "Gənclər arasında bir növ dəb halını almış idmanla məşğul olaraq, proteinlər qəbul etmək də həm qara ciyərdə, mədə bağırsaq sistemində mənfi təsirlərini göstərir"
Mədə-bağırsaq sistemi xəstəlikləri mövsümi xəstəliklərə də aid edilir”.
Bunu "Sherg.az”a tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı deyib. O bildirib ki, yaz, payız aylarında müəyyən xəstəliklər kəskinləşdiyi kimi mədə-bağırsaq sistemində də narahatlıqlar artır:
"Həmçinin helikobakteri deyilən bakteriya növü bu fəsillərdə daha çox artır. Bu da təmiz yuyulmamış tərəvəz, çirkli əllər vasitəsilə yoluxur. Nəticədə mədədə və yoğun bağırsaqda qızartı, erroziya, səpkilər, yara və xoralar, turşuluğun artması kimi problemlər yaranır. Bu narahatlıqlar ağrılarla müşaiyət olunur. Sözügedən bakteriyanın az ya çox olmasından asılı şəkildə ürək bulanma qusma halları da müşahidə oluna bilər.
Qidaların tərkiblərinin düzgün olmaması, ayaqüstü soyuq qidaların çox qəbul edilməsi, geni dəyişdirilmiş məhsulların istifadəsi, mənşəyi məlum olmayan ətlərdən çoxlu yeməklərin hazırlanması, dönər, kabab və s. ayaqüstü yeyilən qidalar da mədədə problemləri kəskinləşdirir”.
İnsanlar qidalanma rejiminə düzgün əməl etmədiyini diqqətə çatdıran həkim qeyd edib ki, çoxları yeməkdən sonra soyuq içkilər, dondurma və s. qəbul edir:
"Belə halda qida mədəniyyətinə riayət olunmaması mədə fəsadlarını artırır. Günün ikinci yarısında və axşam vaxtı qidaların artırılması, zülal mənşəli qidaların daha çox qəbul olunması, müxtəlif tərkibli yeməklərin eyni vaxtda qəbul edilməsi əvvəldən mədə narahatlığı olan şəxslərin problemlərini daha da kəskinləşdirir. Yemək zamanı kompotların, soyuq içkilərin qəbul edilməsi də qidanın düzgün həzm edilməməsinə səbəb olur.
Son bir neçə ildə energetik içkilərin qida rasionuna daxil edilməsi, xüsusilə cavanlar arasında yayılması da mədə xəstəliklərini artırır. Gənclər arasında bir növ dəb halını almış idmanla məşğul olaraq, proteinlər qəbul etmək də həm qara ciyərdə, mədə bağırsaq sistemində mənfi təsirlərini göstərir. Həmin şəxslər problemlərin artması ilə həkimə müraciət etməyə məcbur olur.
Ümumən mədə-bağırsaq sistemi xəstəliklərinin artmasının səbəbləri həm mövsümi, həm də qida rejiminə düzgün əməl edilməməsi nəticəsində baş verir”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya