DİQQƏT: "İnsanlar internet üzərindən dələduzluqla üzləşir" - OXUYUN !




"İnternetdə tanış olan şəxslərin dələduzluqla üzləşməsi internet təhlükəsizliyi ilə əlaqədar deyil”.

Bunu Sherg.az-a fotoaparatını internet vasitəsi ilə satmaq istəyən şəxsin bıçaq hücumuna məruz qalması barədə danışarkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib. 

O bildirib ki, insanlar küçədə də tanımadığı şəxslərlə tanış olub, dələduzluqla üzləşə bilərlər:

"İnternet təhlükəsizliyi başqa anlayışdır. İnternet üzərindən insanların dələduzluqla üzləşməsi onların sosial şəbəkə profillərinin ələ keçirilməsi və ya müxtəlif məlumatların təhrif edilməsi hallarıdır. Vətəndaşın üzləşdiyi hazırkı vəziyyət isə sadə cinayət hadisəsidir. Bunun harada baş verməsi, şəxslərin necə tanış olması cinayət prosesinin daxilində araşdırılır. Ümumiyyətlə, hər birimiz belə quldurluq halları ilə qarşılaşa bilərik. Yaranmış vəziyyəti internet təhlükəsizliyi ilə bağlamaq o qədər də düzgün yanaşma deyil”

Qeyd edək ki, Xəzər rayon Binə qəsəbə sakini, İbadov Şamxal Ariz oğlu özünə məxsus "Canon” markalı fotoaparatı internet vasitəsi ilə satmağa çalışıb. Bu zaman şəxsən tanımadığı bir nəfər onunla əlaqə yaradıb və fotoaparatı almaq üçün onu Qala kəndinə dəvət edib. Ş. İbadov və naməlum şəxs görüşdükdə isə Qala sakini soyuq silah qismində istifadə etdiyi bıçaqla Ş.İbadovu hədələyərək fotoaparatı, "LG” markalı telefonunu və 50 manat pulunu əlindən alıb.

Aysel Aslan