Dörd nəfər intihar etmək üçün sirkə turşusu içdi - RƏSMİ


Fevral ayında dərmandan zəhərlənmələrlə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 18 nəfər müraciət edib.

Şöbənin baş həkimi Azər Maqsudov Lent.az -a bildirib ki, ay ərzində sirkə turşusu içən 4 nəfər xəstəxanaya gətirilib. İntihar etmək istəyənlərdən 3-ü qadın, biri isə kişi olub.

Nə dərman, nə də sirkə turşusu zəhərlənməsindən ölüm halı qeydə alınmayıb.