Dövlət övladı olmayanlara yardım etmək istəyirsə...
10:48 16.09.2017
Arxiv
980
Parlamentin Səhiyyə Komitəsinin üzvü, deputat Qənirə Paşayeva "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbulunun vacibliyinə də toxunub. O bildirib ki, Azərbaycanda övladı olmayan ailələrin boşanması halları kifayət qədərdir.
"Adıçəkilən qanun layihəsində bununla bağlı məsələ öz əksini tapıb. Qanuna görə, əgər ər-arvadın 10 il ərzində övladı olmursa, onda dövlət onlara süni mayalanma üçün yardım göstərir. Mütəxəssislər isə bu müddətin çox olduğunu deyirlər. Əgər dövlət vətəndaşa bu imkanı bir dəfə verirsə, deməli, bunu ailənin qurulmasından 5 il ötəndən sonra da edə bilər. Çünki övlad olmayanda 10 il müddətinə ailələrin çoxu dağılır. Hesab edirəm ki, qoyulan müddəti 5-6 ilə qədər azaltmaq məsələsinə baxılmalıdır. Burada yaş və digər amillər də rol oynayır”.
Həqiqətən bu gün cəmiyyətin sosial problemləri sırasında ailədaxili gərginliklərin artması və tərəflər arasında münasibətlərin pozulması mühüm yer tutur. Bir çox hallarda boşanmalar məhz gənc ailələrin uşaq sahibi ola bilmədiyi üçün baş verir. Ona görə də deputat xanımın təklifi təqdirəlayiq hesab olunmalıdır. Bəs, ictimai şəxslər bu barədə nə fikirləşirlər?
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın "Şərq”ə açıqlamasına görə, bu gün ailə quran şəxslər 2 ay keçməmiş həkimə müraciət edirlər və belə hallarda daha çox qadınlar sarsılır:
"Qənirə xanım əhalinin, xüsusilə qadınların arasında çox olduğu üçün, onların ailə münasibətlərindəki psixoloji, sosial gərginliyi yaxşı görür. Həqiqətən də 2 ay keçməmiş ailədə gərginlik yaşanmağa başlayır. 2 aydan sonra qadını müalicələrə göndərirlər və bu müalicələrdə əsas obyekt kişi yox, qadın olur. Yəni, bəlkə də kişi uşağın olmamasında əsas iştirakçıdır, amma qadını müxtəlif preparatlarla zəhərləyirlər. Bu baxımdan düşünürəm ki, müddətin aşağı salınması çox praktikdir. Fikrimcə, Qənirə xanımın bu təklifi dəstəklənməlidir. Uşağı olmayan 20 ailə arasında sorğu aparılsa, ailədə gərginliyin yaranması, hətta sevginin yoxa çıxmasının şahidi olarıq. Sevib ailə quran şəxslər belə o gərginliyə davam gətirə bilmir.
Məsələn, son olaraq Gədəbəydə özünü güllələyən qadını götürək. Təsəvvür edin, ətrafdakıların və ailənin içindəki gərginlik, yaranan söz-söhbətlərə görə həmin qadın canına qıydı. Düşünürəm ki, 10 il kifayət qədər çoxdur. Nəzərə alsaq ki, uşağın olmaması ailənin tamamilə dağılmasına, münasibətlərin gərginləşməsinə, hətta uşaq olandan sonra o gərginliyi bərpa etməyin qeyri-mümkünlüyünə gətirib çıxara bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya