Dua edən müsəlman təyyarədən atıldı




Parisdəki terror hücumları nəticəsində Avropada yaranan təşviş Danimarkada özünü göstərdi.
İsveçdə bir yarışa qatıldıqdan sonra Danimarkanın paytaxtı Kopenhagendən "Air France" təyyarəsi ilə Parisə, oradan da ölkəsi Fasa dönməyə çalışan 20 yaşlı müsəlman gənc, təyyarə qalxmazdan əvvəl dua etdiyi və dini bir film izləməyə başladığı üçün Kastrup Hava limanında təyyarədən endirildi.
Gəncin, bir sərnişinin şikayəti ilə kapitan tərəfindən təyyarədən çıxarıldığı ifadə edildi.
Kastrup Hava limanı Polis Mərkəzindən verilən şərhdə, axtarış-arama sonrasında gəncin çantasında şübhəli bir obyektə rast gəlinmədiyi ifadə edilərək, Faslı gəncin səhv olaraq təyyarədən endirildiyi bildirildi.
Adı açıqlanmayan  gəncin sonrakı təyyarə ilə ölkəsinə getdiyi bildirilir.