Dünya Bankı Azərbaycanda keçiriləcək islahatlara dəstək verməyə hazır olduğunu açıqlayıb
12:31 30.01.2016
Arxiv
646
Dünya Bankı və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzunmüddətli komplek tədbirləri müzakirə edir.
Bu barədə DB-nin Azərbaycandakı nümayəndəliyinin yaydığı bəyanatda deyilir.
Məlumata görə, qurum Azərbaycanda keçiriləcək islahatlara dəstək verməyə hazır olduğunu açıqlayıb: "Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır".
Qeyd edək ki, yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi missiya Bakıya səfərə gəlib. Məlumata görə, Azərbaycan hökuməti Dünya Bankından 1 mlrd. ABŞ dolları civarında kredit almaq istəyir və missiya məhz bu kreditin şərtlərini müzakirə etmək üçün gəlib. (Report.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi