Dünya bu quşdan DANIŞIR: Səssiz ölüm ! - FOTO

"Plastiklər insanların özünə də “hücum edir”
Sakit Okeanın şimalinda yerləşən Atol de Midvey üzərində bir albatros ölü vəziyyətdə tapılıb.
"Sherg.az”"nouvelobs.com”a istinadən xəbər verir ki, Kris Vordan adlı mütəxəssis onu yardıqdan sonra mədəsindən çoxlu sayda plastik çıxıb.
Bu plastikləri suda, torpaqda və az qala havada da müşahidə edirik. Plastiklər hər yerdə bizim hormonal sistemimizi pozur, inkişafımızı zəiflədir, məhsuladarlığımızı azaldır və nəhayət İQ səviyyəmizə mənfi təsir göstərir.
Fransanın plastiklərdən 100 faiz imtina etməsi üçün ölkənin Ekologiya Nazirliyi 2019-cu ildən etibarən hazırlıqlara başlayıb. Nazir Brün Puarson bəyan edib ki, 2025-ci ilə qədər plastiklərdən istifadəni tamamilə azaldacaqlar.
Xəbərdə o da qeyd olunur ki, ötən ilin mayında "l'Obs"bu məsələ ilə bağlı sanballı bir yazı hazırlayıb. Yazıda vətəndaşları plastiklərdən imtinaya səsləyib. Həmin məqalədə bildirilir ki, plastiklər insan sağlamlığı üçün çox ciddi təhlükə mənbəyidir. 
Hələ ki ondan daha çox dəniz heyvaları əziyyət çəkir. Dəniz və okean sularından ölü vəziyyətdə tapılmış çoxsaylı delfin,tisbağa və quşlar üzərində aparılan əməliyyatlardan məlum olub ki, həmin canlıların məhvinə plastiklər səbəb olub. Eyni zamanda plastiklər insanların özünə də "hücum edir”. Bu təhlükə gözəgörünməz və səssizdir, ancaq bunun çox ağrılı nəticələri olacaq.
Tərcümə etdi: Ayyət Əhməd