Dünya bunu danışır: Səkidə oturan adamı vurdu!

Milyonlarla insan ABŞ-da səkidə oturan adamın polis tərəfindən vurulduğu görüntüyü danışır.
ABŞ-ın Pensilvanya əyalətində cümə axşamı günü çəkilən videoda, silahsız bir nəfərin  səkidə oturarkən polis tərəfindən şok tapanca ilə  vurulduğu görünür.
Sherg.az dünya mediasına istinadən xəbər verir ki, bir hal  şahidinin internetdə paylaşdığı video, milyonlarla dəfə izlənilib.
ABŞ-da qara dərili insanları  hədəf alan polis şiddəti bir daha müzakirə edilməyə başlandı.
Polis, görüntüdəki məmur haqqında istintaqa başladıldığını açıqlayıb.
Beyzbol çubuqlu bir təcavüzkarın ortada gəzişdiyi xəbərini alıb hadisə yerinə gedən polisin 27 yaşlı Sean D. Villiamsı dayandırdığı və qaradərili  adamın məmurun təlimatlarına uymamasına görə  hədəf alındığı ifadə olundu.
Turan