Dünya ondan danışır: Tək başına möcüzəni yaradan adam -Fotolar

"Dünyanı Qurtaran Adam” bəlkə sizə görə yalnız bir film qəhrəmanıdır. Lakin gerçək həyatda həqiqətən dünyanı qurtaran bir adamla tanış olmağa dəyər.
Hindistanın Majuli adasında yaşayan Jadav Payeng də bu insanlardan biridir. 37 il əvvəl Jadav bir dəyişiklik etmək istəyib. 1979-cu ildə Majuli səhrasında ilk ağacını əkdi. Daha sonra hər gün ağac əkməyə davam etdi. Bu günlərdə, Majulini əvvəlki kimi yaşıl görmək mümkündür. Hətta, haradasa Central Parkının iki böyüklüyündədir. Jadavın sayəsində Majulinin 550 hektarlıq bir meşəsi var. İçində də fil, maral və digər çöl heyvanları sığınır. "Forest Man” adlı sənədli filmdə Jadavın həyatı və işləri əks olunub. Sənədli film, 2014-cü ildə reallaşan Cannes Film Festivalında "Ən Yaxşı Sənədli Film” mükafatına layiq görülüb.