“Vətəndaşlarımızın əsirlikdə yaşadıqları böyük bir filmin ssenarisidir”
Dünyanı ayağa qaldırmalıyıq
21:14 17.02.2016
Arxiv
1008
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda başına oyun açırlar
“Vətəndaşlarımızın əsirlikdə yaşadıqları böyük bir filmin ssenarisidir”
“Vətəndaşlarımızın əsirlikdə yaşadıqları böyük bir filmin ssenarisidir”
Dağlıq Qarabağdakı separatçı rejimin "baş prokuroru” Artur Mosiyan Xankəndində keçirdiyi mətbuat konfransında girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib. O bildirib ki, girovlar heç bir halda dəyişdirilməyəcək: "Azərbaycan vətəndaşları D.Əsgərov və Ş.Quliyev erməni əsirlərlə dəyişdirilə bilməz. Çünki onlar Qarabağ ərazisində ağır cinayətlər törədiblər və layiqli cəzalarını alıblar”.
Sabiq millət vəkili Həvva Məmmədova "Şərq”ə söyləyib ki, separatçılardan çox şey gözləmək olar: "Onlar bizə daha dəhşətli faciələr yaşadıblar. Çox saxtakarlıqlar görmüşük. Dünya ictimaiyyətini aldadan çıxışlarının şahidi olmuşuq. Vəziyyət o həddə çatıb ki, beynəlxalq aləm separatçıları törətdikləri qanunsuzluq və vəhşətlərə görə qınamır. Dünya ictimaiyyəti Ermənistana təsir və ya təzyiq göstərmək istəmir. Dünyada müsəlman aləminə olan münasibətlər tamamilə dəyişilib. Bu da ermənilərin əl-qolunu açıb. Amma bütün beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bilməlidir və bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, əbədi torpaqlarıdır. Ona görə də, girovlarımızın işi ilə bağlı geriyə bir addım belə atmalı deyilik. Bir an da olsun dayanmamalıyıq”.
H.Məmmədova diqqətə çatdırıb ki, Ermənistan tarixən törətdiyi saxtakarlığı bu gün də davam etdirir: "Ermənistan saytlarını açıb baxsaq görərik ki, bütün tarixi prosesləri, faktları saxtalaşdırıblar. Onlar heç zaman saxtakarlıqlarından, qanunsuzluqlarından əl çəkməyəcəklər. Məsələ ondan ibarətdir ki, bizim beynəlxalq institutlara, qurumlara təsirimiz güclü olmalıdır. Yaxşı xatırlayıram, bir neçə il öncə Avropa Şurasının bir deputatı ilə oturub, müzakirə aparırdıq. Ona söylədim ki, Xocalıda sağ qalan insanlar canlı tarixdirlər. Dedim ki, gəlin Ermənistanda əsir olmuş bir Azərbaycan qadını ilə görüşün. Başına gətirilən müsibətləri öz dilindən eşidin. Amma o, etiraz etdi, görüşmək istəmədi. Belə olan halda, məcbur qalıb, vəziyyəti ona anlatdım ki, əsirlikdə bədənlərinə çoxsaylı siqaret damğası basılan qadınlarımız olub. Beynəlxalq təşkilatlar erməni vəhşiliyini pərdələyir. Onların başımıza açdığı oyunları görməzdən gəlirlər. Bizə inanmırlar, əhəmiyyət vermirlər. Amma bu bizi ruhdan, həvəsdən salmalı deyil. Girovlarımızın taleyinə biganə qalmamalıyıq. Müvafiq beynəlxalq təsisatları ayağa qaldırmalıyıq. D.Əsgərov və Ş.Quliyevin girovluqda yaşadıqlarını, başlarına gətirilənləri dünyaya çatdırmalıyıq”.
Sabiq deputat söyləyib ki, vətəndaşlarımızın əsirlikdə yaşadıqları böyük bir filmin ssenarisidir: "Bunları dünyaya çatdırmalıyıq. Bəzən həqiqəti deyəndə bizi aqressiv və davakar xalq kimi qələmə verməyə çalışırlar. Məqsədləri isə odur ki, ermənilərin törətdiklərini ört-basdır etsinlər”.
H.Məmmədova onu da əlavə edib ki, ağ bayraq qaldırıb Azərbaycana keçən ermənilərə ölkəmizdə heç bir işgəncə verilmir: "Onlara hansı işgəncələr vermişik? Bu heç Azərbaycanın qanunlarına, adət-ənənəsinə də sığmır. Biz bunları heç zaman etməmişik. Ancaq ermənilər bunu amansızcasına edirlər. Bir daha qeyd edirəm ki, girovlarımızla bağlı beynəlxalq təşkilatların qarşısına ciddi məsələ qoymalıyıq. Düzdü, məsələlər qoyulur. Lakin prosesi getdikcə gücləndirməliyik”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev də deyib ki, Dilqəm Əsgərovla Şahbaz Quliyev öz doğma vətənlərində separatçılar tərəfindən saxlanılıb və qeyri-qanuni olaraq azadlıqdan məhrumdurlar. Bunların hamısı separatçı rejimin digər qanunsuz hərəkətlərindən irəli gələn məsələlərdir”.
R.Rzayev bütün mümkün variantlardan istifadə edərək, hökumətin azərbaycanlıların geri qaytarılmasına nail olacağını bəyan edib: "Təəssüflər olsun ki, beynəlxalq aləm ikili standartlara bu məsələdə də göz yumur. İkili standartlarla Azərbaycanın işğalına dair hər yerdə rastlaşırıq. Qeyd etmək istəyirəm ki, Dilqəm və Şahbazın Azərbaycana qaytarılması üçün hökumət çalışır. Mən inanıram ki, onların geri qaytarılmasına nail ola biləcəyik”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat