"DYP, FHN və BNA əməkdaşları vətəndaşlara çox kömək oldu"





"Müxtəlif dövlət qurumlarının Mingəçevir İES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında müstəsna rolunu, birlik nümayiş etdirərək vətəndaşlara yüksək xidmət göstərməsini ancaq təqdir etmək olar”.

Bunu "Sherg.az”a sabiq polis rəisi Mahmud Hacıyev söyləyib. 

O diqqətə çatdırıb ki, elektrik enerjisinin verilməsi dayandırıldıqda, həmin qurumlar gecə-gündüz işlədilər:

"Dövlət Yol Polisinin, Fövqəladə Hallar Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları vətəndaşlara çox kömək oldu. Demək olar Kİ, gecə saatlarına qədər bu insanlar çalışdı. Elektrik enerjisinin verilməsi dayandırıldıqda yollardakı işıqforlar işləmədiyinə görə, yol polisləri yol nəqliyyatına ciddi nəzarətə cəlb olundular. Fövqəladə vəziyyətdən sonra bu qurumların fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. Yaxşıya yaxşı demək lazımdır. Biz – vətəndaşlar da onların işini müsbət qiymətləndiririk”.

Qeyd edək ki, iyulun 4-də keçirilmiş müşavirədə çıxış edən prezident İlham Əliyev vəziyyətlə bağlı bütün dövlət orqanlarına ciddi tapşırıq verdiyini xatırladıb:

"Bildirdim ki, dövlət orqanları nümayəndələri bu vəziyyətdə vətəndaşlara kömək göstərsinlər ki, bu vəziyyətdən şərəflə çıxa bilək. Bütün dövlət orqanları bu vəzifənin icrasında böyük peşəkarlıq göstərmişlər. Onların çox uğurlu fəaliyyəti nəticəsində qəza demək olar ki, aradan qaldırıldı, heç bir ağır hadisə baş vermədi”.

Aysel Aslan