ƏBƏDİ MÖVZU YOLLARI

Yuri Kuznetsov XX yüz ilin sonları XXI yüz ilin əvvəllərində Rus ədəbiyyatının ən önəmli şairi idi. "İdi” kəlməsini Y.Kuznetsovun şəxsində səsəndirmək elə də doğru deyil, çünki o bu gün, ölümündən sonra da Rus ədəbiyyatının ən önəmli şairi kimi yerini qorumaqdadır.
Demək olar ki, hər il Moskvada şairin yaradıcılığının müxtəlif aspektlərinə həsr olunmuş konfranslar, müzakirələr keçirilir.”Literaturnaya Rossiya” qəzetinin kollektivi şairin əsərlərinin tam külliyatını çap etdirməkdədir. Şairin nəsr əsərlərindən, məqaləllərindən, məkrublarından, esselərindən və s. ibarət geniş həcmli "Əbədi mövzu yolları” adlı son cilidi bu günlərdə çap olunub.
Yeri gəlmişkən vurğulayaq ki, Y.Kuznetsovla həmyerlimiz şair Məmməd İsmayıl yaxın dost olmuş, bir-birilərinə məktublar yazmışlar. M.İsmayılın Rusyada geniş oxucu kütləsi tərəfindən tanınmasına Y.Kuznetsovun mükəmməl tərcümələrinin də böyük rolu olmuşdur. Dağlıq Qarabağ hadisələri zamanı Y.Kuznetsov hər zaman M.İsmayılın tərəfində yer almış, bunu açıq mövqei ilə bildirmişdir. Adı keçən kitabda Y.Kuznetsovun M.İsmayıla yazdığı məktublardan bir neçəsinə və şairimizin " Xudojestvennaya literatura” nəşriyatında çap olunan "Müqəddəslərim mənim” adlı bir cildliyinə yazdığı "Layiq olan haqqında söz”adlı məqaləsinə də yer verilmişdir.Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb o məktublardan bir neçəsini və məqalənin qısa xülasəsini çap edirik
"Əziz Məmməd! Jurnalı aldım.(Bir zamanlar M.İsmayılın baş redaktorluğu ilə yayınlanan "Genclik” jurnalını nəzərdə tutur. Red.) Təşəkkür edirəm. Sevinirəm ki, məni unutmursan. Mən də tez-tez səni xatırlayıram. Ətrafına yığışdığımız kötük yadıma düşür. Həqiqətən də unudulmayacaq günlərdi...
Ailəm sağ-salamatdır, amma Vətənim məhv olub gedir.
Onu bil ki, mənim ürəyim sənin tərəfindədir, sənin ağrın, mənim ağrımdır.
Yaşayacayıq, ölməyəcəyik.
Allah görüşmək imkanı versin.
Ailənə salamlarla
Sənin Yuri Kuznetsovun...”
27 fevral 1992
-”Əziz Məmməd! Verdyim vədi yerinə yetirdim; Azərbaycan şeri yazdım. Onu "Lit.Azərbaycana” və haraya istəsən təqdim edə bilərsən. Nizaminin çağdaş təsiri ilə bağlı materallar toplayan hər hansı bir elm adamına da verə bilərsən. "
21.05.83.
Kitabda bu şeirlə bağlı Məmməd İsmayılın açıqlamasına da yer verilmişdir: " Belə böyük tədbirlərdən xoşu gəlməsə də Kuznetsov mənim təkidimlə 1981-ci ildə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 840 illiyi şənliklərində iştirak etmək üçün ölkəmizə gəldi. Onun bu səfəri Azərbaycanla bağlı iki önəmli şerini yazmasına səbəb oldu...”Teni Nizami” və "Nerazrıvaemoe koltso”. Bu şeirlərin ortaya çıxması və mənə bu barədə yazdığı məktubları ona şahidlik edir ki, hər iki şeir onun Azərbaycandan aldığı təəssüratla yazılmışdır”...
"Əziz Məmməd!
Sənə göndərdiyim bu kitabın nəşrini uzun zamandı gözləyirdim.
21 may 1983
(Y.Kuznetsov Dünya ədəbiyyatınının ayrı-ayrı şairlərindən etdiyi seçmə tərcümələrinin yer aldığı "Peresajennıe tsvetı” adlı kitabı nəzərdə tutur.Kitabda mənim şeirlərim də yer alır. Kitaba Y.Kuznetsovun yazdığı avtoqraf da diqqətə layiqdir:”Məmməd İsmayıla Rus şairindən tam dostluq istəkləriylə. Sənin bütün vətənpərvərlik hisslərini bütünüylə bölüşürəm.
Hər zaman səninlə olan
Y.Kuznetsov”
17.05.1983
Məktubdan sonra yenə M.İsmayılın şərhinə yer verilmişdir: "Sovetlər birliyinin dağılması günlərində bəlkə bu olaya hamıdan çox üzülən Yuri Kuznetsov idi. Çünki bu olayın onun canından artıq sevdiyi Rusiyasının gələcəkdə başına nələr gələcəyinin ilk başlanğıcı idi. Bəlkə buna görə də Yuri Kuznetovdan başqa, Dağlıq Qarabağ olaylarında Moskvada yaxın olduğum şairlərin heç birisi bizi dəstəkləməyəcəkdi, candan can ayrılmağın, vətəni təhlükənin nə olduğunu çünki o hər kəsdən yaxşı bilirdi. Buna görə də xristiyan ermənilərin yanında yox, müslüman Türklərin yanında yer aldı. Mənə yazdığı məktub da bunun bir təsdiqidir. Yazdığı bu bir-iki cümləlik məktubun mənimçün o dönəmdə misli-bərabəri yox idi. Dünyanın bütünüylə bizdən üz döndərdiyi bir zamanda Moskvanın göbəyindən heç nədən çəkinməyən bir ürəyin haqq səsi ucalmışdı. Çünki bu məktubu sıradan birisi yox, Allah adamı, keçmişləri və gələcəkləri bir vəhdətdə görməyi bacaran bir dahi yazmışdı...”
LAYİQ OLAN HAQQINDA SÖZ
Azərbaycanın xəritəsini götürün, Tovuz rayonunu tapın, o yetəri qədər böyükdür. Və onun ərazisində kiçik bir kənd də var, adı əsrikdir. O balaca kənddə 1939-cu ilin payızında kəndli ailəsində ailənin birinci və axırıncı oğlu olan Məmməd İsmayıl dünyaya gəldi. Böyük ehtimalla yeni doğulan körpənin ağlama hıçqırtıları saz havaları ilə qarşılandı. Axı Tovuz qədim aşıqlar yurdudur. əsrik haqqındasa hər şey məlumdur. Çünki bu kənddə hər kəs saz çalıb oxumağı bacarır. Tovuzda hələ də belə bir misal dolaşır: Hər kənddən bir müdrük, nəğməkar, igid vəya dəli seçmək mümkündür, əsrikdən isə əlinə ilk keçəni seçin, çünki bu kəndin bütün adamları bu dediklərimizə layiqdilər. Tale ilk ələ keçəni seçmiş, bu, Məmməd İsmayıl idi...
Adından tutun da hər şeyinə qədər şairin həyatında təsadüfü heç nə yoxdur. Məmməd İsmayıl adında Məhəmməd peyğəmbərlə sənət hamisi və sərkərdə Şah ismayıl Xətainin adları birləşir. Məmməd İsmayıl nə peyğəmbər, nə də sərkərdə oldu. Tale ona tamam başqa bir yol seçdi, şair oldu, həm də böyüyündən. Şair, əlbəttə öz adıyla fəxr edir:
Anamın gözünün ağı, qarası,
Atamın sonuncu varı, yoxuyam.
Göy üzü adımın üstündə əngin,
Məhəmməd, İsmayıl-iki nəhəngin,
Taleyin yenidən qovuşuğuyam.
Amma haçansa düşünmədən bir yanlışlıq yapar: Şairin önəmli poemalarından olan "Aman təklik əlindən” əsərində bir obraz vardır-ona meyvəsi ilə analıq etmiş alma ağacı obrazı!
...Yaz başı əlim iti, bıçağın dili haça:
Almanın gövdəsinə adımı dağlamışdı.
Anam yazıq o axşam qoşulmuşdu ağaca,
Aağacda yaş axıdan adımı ağlamışdı.
...Yanına üz tutmağa üzümün üzü yoxdu,
Almanın "dodağında” adım qaysaqlamışdı.
Anaydı, anaların umu-küsüsü yoxdu,
Payızın sonunacan mənə pay saxlamışdı...
Yarışardı yarpağı ürəyimin səsiylə
Bir zaman kölgəsinə bağlıyardım atımı.
Gələcəyə çəkirdi meylimi meyvəsiylə
Böyüyən gövdəsiylə böyüdürdü adımı.
Nə deyə bilərikə Bunları xatırlamaq şair üçün ağırdır. Amma onun bu hərəkətini bağışlamaq olar. Üstəlik hələ bəlli deyil ki, o bu hərəkəti edib, ya eləcə təsəvvüründə canlandırıb. Amma həqiqi poeziya örnəyi göz önündədir. Önəmli olan da budur.
Ona böyük istedad verən tale onunla başlanğıcda çox amansız davrandı, yaş yarımında döyüşlərə gedən atasını, dörd yaşında isə ona hardasa atalıq edən və sonralar şairlik yönünü davam etdirəcəyi əziz əmisini itirdi.
Hafizəsinin sonrakı yaşlarına gətirib çıxara biləcəyi ilk xatirə dörd yaşına aiddir. Kiçik Məmməd bir zamanlar ehtiyac ucbatından satılan arıların saxlanc yeri kiçik daxmada tək başına qalıb.Kiçik oğlan damın üstündən ışıqlıq üçün açılan gecələr Ay, gündüzlər gün işığı düşən bacaya dikib gözlərini, divarın o biri üzündən isə qulaqlarına qaya dibindəki tənha bulaq tək gümüldüyən əmisinin çaldığı saz səsi gəlir.Hafizəsinə hək olunan o ilk işıq və saz səsi sonralar onun bütün yaradıcılığına hopur..
Saz səsi! Yox, tale deyilən güc burdada öz amansız üzünü göstərir. Bir ildən sonra əmisi dünyasını dəyişir. Ölüm ərəfəsində əmi dörd yaşlı qardaşı oğlunu yanına çağırır, gucaqlayır və xeyir-dua verir: "Nəslimiz sənə əmanətdir, onları sən qoruyacaqsan.”
Onun bu kəhanət dolu sözləri sonradan gerçək olacaqdı. Şairin bütün doğmaları yeddi arxa dolanından öz övladları, uzaq, yaxın qonşular, hər kəs onun şeirləri ilə nəfəs alıb dünyaya yayacaqlardı..Şair isə onların könülünü əbədi yaşıl olan şerinin həyat ağacıyla oxşayacaqdı...Bu ağac çoxyönlüdür; Həyat ağacı, ağrı ağacı, qayğı ağacı və sadəcə:çinar, palıd, vələs, qoz, nar, alma. Bir sözlə ağac da Allah kimidir, onun da minbir adı var. Və hər adın da öz əzabı. Hər şeydən çox da zərbə ilk öncə bar ağacına dəyir. O yaralıdır, ildırımlar da axtarıb onu tapar, ayaqları yox ki, qaçsın! Taleyin ildırımları da bir başqasını yox, onu vurur:
İldırımmı şaxıdı yerlər,göylər çən ididi,
Uçduq biz ana-bala bağdan gələn səs-küyə.
Gəzəl alma gözümdə hazırca vətən idi,
Bircə anın içində bölünmüşdü ikiyə...
Gah baltalı əllər boynun ardını kəsdirir:
Bir cüt pəncərədir gözü qamaşan,
Yatır meşəbəyi, dərə,düz yatır.
Köksünün üstündən qatar tək aşan,
Ayın şəfəqindən xəbvsiz yatır...
Üzünə, gözünə dağılıb saçı,
Döyür pəncərəni sərsəri külək.
Hardasa kəsilir çörək ağacı,
Dolur yuxusuna balta səsi tək..
...Elə vahimədir, ovçu tüfəngi
Bir kiçik himə də açıla bilər...
Bununla belə poeziya ağacı yıxılmazdır:
Yetişər dadına qarlı qış günü
Hərdən ümid kimi yazı harayla
Şairlvr şerinə verər ömrünü,
Ağaclar yaşayar yarpaqlarıyla..
...Uşaqlığı müharibənin, gəncliyi sevginin alovuna tutuşmuş. Baxın, bir başa və heç vaxt silinməyəcək, şeirlərinə bir ayrı anlam qatacaq ən gülcü xatirələrinin mənbəi haradan qaynaqlanır.
...Həyat başdan-başa sirdir. M.İsmayılın poeziyasının ən önəmli yönü bir sirrə açar bulmaq və yatan mənaları oyatmaqdır.Hələ ilk körpəliyindən sazın möcüzəli səsiylə sehirlənib. Saz səsinin sehri ilə könül gözünün açılışı başlayıb. Sonra da yerin məhrəmanə-bəlirsiz səsi ruhuna hopub. Hər bir səsdə də bütöv bir dünya gizli. Hətta indi minarədən gələn səs də:
Sanki minarədən ötən mollanın
Səsi səkkizinci əsirdən gəlir..
Əsirlərin səsini, insanlığın böyük hafizəsini eşitmək, uca varlığın içinə daxil olmaq deməkdir. Bunun üçün də doğumdan öncə və ölümdən sonra iki tərəfdən sarılmış insan böyük unutdurulmuşluğun öhdəsindən gəlməyi bacarmalıdır.
Şair yalnızlığın ən gözəl saatında bu unutdurulmuşluğu dəf etməyi bacaran insandır.
Beləcə hər şey canlıdır. Şairin poetik iradəsiylə anası və atası ağaca çevrilib bir-biri ilə danışırlar. Şairin diqqəti elədir ki, görülə bilməyənləri də görür:
Eh başa varaydı o görüş təki,
Çinar-ata-ana, ay da uşaqdı.
Mən ha yozmamışam, bəxtin quş təki
Kiminsə çiyninə qonmağı haqdır.
Yoxdan var olanlar yoxluğa varmaz
Səs çıxar, sədası dinib qayıdar.
Sən demə ölənlər ölüb qurtarz,
Çinara, çiçəyə dönüb qayıdrır.
"Ölüllər də bizimlə yaşayır, sadəcə gözə görünmürlər.” Şərq atalar sözü bizə bu həqiqəti diqtə edir. Əlbəttə şair dünyaya uşaq gözləriylə baxır. Dərinlik də buradadır.
M.İsmayılın poetik dünyası hər zaman hərəkətdədir. Onun quşları davamlı uçmadadır, budağa nadir hallarda qonar,onun qatarları dalanda ilişib qalmaz, onlar qoşmağındadır,onun qəhramanları hərəkətdədir, onun illəri uçmadadır. Olması gərəkən də budur. Bu hərəkətlilik xaotik deyil, daxili cazibəyə bağlıdır. Bu hərəkətlilikdə bəlirli bir yuvarlaklık mövcuddur.. Şair dünyasının öz sərhədləri var, göyüstü ve yerüstü sərhədləri... Bu nə deməkdir? Bu o deməkdir ki, onun dünyasının dönən,fırlanan hərəkətliliyi haqdan güc alır. Və o, yuvarlaqdır və işıqlı mərkəzin ətrafında dönüb dolanır.
Bizim əzilmiş dünyamızı şair bir bütün halında qəbul edir, görür. Bu dünyada hüzünlənməyə də, sevinməyə də və hətta üzərində düşünməyə də səbəb var...