Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirildi




Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.

Sherg.az bildirir ki, bu barədə APA-ya məlumat verən vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə.Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.

Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.