Əgər Kürdüstan dövləti yaradılsa...
06:18 16.09.2017
Arxiv
952
İraqdakı kürd muxtariyyətinin rəhbərliyi sentyabrın 25-də "müstəqillik üzrə referendum” keçirməyə hazırlaşır. Rəsmi Bağdad və qonşu ölkələr isə buna kəskin etirazlarını bildirirlər. Türkiyənin Xarici İşlər Nazirliyi də referendum niyyətinə sərt reaksiya verib.
Nazirlik rəsmisi bəyan edib ki, əgər Məsud Bərzani "Kürdüstan”ın müstəqilliyi ilə bağlı referendumda israr edərsə, nəticə onlar üçün ağır ola bilər: "İraq kürd muxtariyyətinin referendum qərarı yanlışdır. Qərar İraq dövlətinin siyasi birliyi və ərazi bütövlüyünə təhdid deməkdir”. Maraqlıdır ki, hər dəfə Kürdüstan "dövlətinin” qurulması təklifinə yaşıl işıq yandıran Amerika Birləşmiş Ştatları da referendum tələbinə qarşı çıxıb. Amerika Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqerk deyib ki, Kürdüstanın İraqdan ayrılması ilə bağlı referendum keçirilməsi təhlükəlidir: "Referenduma beynəlxalq dəstək yoxdur. Bərzanini bu fikirdən daşındırmaq lazımdır”.
Bərzaninin tələbi ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu referendumun bölgədə yeni bir problemin meydana çıxmasına səbəb ola biləcəyini deyib. Ekspertə görə, Türkiyənin sərhədində müstəqil kürd dövlətinin yaradılmasının ən ciddi zərbəsi elə Türkiyəyə dəyər:
"Türkiyənin şərq bölgələrində kompakt yaşayan kürdlər gələcəkdə həmin müstəqil kürd dövlətinə birləşmək üçün hərəkətə keçə bilərlər. Kürdüstan dövlətinin yaradılması bölgəni çox ciddi təlatümlərə gətirəcək. Bu ideya Yaxın Şərqdə arzuolunan deyil və birbaşa separatçılıq hərəkətidir. Bölgədə sərhədlərin yenidən müəyyən edilməsi ərəb dövlətlərinin hamısının, o cümlədən Türkiyənin və İranın ciddi etirazına səbəb olacaq. Bu, bir barıt çəlləyinə bənzəyir. Çünki ayrı-ayrı dövlətlər "Kürdüstan” kartını Türkiyəyə qarşı istifadə edə bilərlər. Bölgədə yeni bir "dövlətin” yaranması bütün ölkələri çalxalayar”.
Ekspert bildirib ki, referendumun nəticələri beynəlxalq aləm tərəfindən tanınmayacaq:
"İraq Parlamenti referendumu qanunsuz hadisə kimi dəyərləndirib. Ona görə də hüquqi dəyəri olmayacaq. Buna baxmayaraq, kürd separatçıların Yaxın Şərqdə və Türkiyədə fəallaşması mümkündür. Bu səbəbdən Türkiyənin daxilində terror aktlarının baş verəcəyini, bölgədə etnik qarşıdurmaların şiddətlənəcəyini proqnozlaşdıra bilərik. Nəzərə alaq ki, beynəlxalq güclərin məsələyə münasibəti də birmənalı deyil”. A.Rəşidoğlunun sözlərinə görə, Amerika və Qərb ölkələri üçün Yaxın Şərqi xaosa sürükləmək əsasdır:
"Onlar hüquqi baxımdan kürd separatçılara yardım göstərməsələr də, maliyyə və silahla təmin edir, insan haqlarının pozulması prizmasından yanaşaraq dəstək verirlər. Gərginlik və referendumdan sonra qarşıdurma nə qədər çox olarsa, idarəetmədə də o qədər asan olar. Bu baxımdan Qərb strateqləri referendumun baş tutmasına yox, hadisənin hay-küyə və qarşıdurmaya səbəb olmasına çalışırlar. Birmənalı şəkildə demək olar ki, Yaxın Şərqdə bütün məzhəb və etnik çəkişmələrin arxasında Qərb strateqləri durur”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya