Əhali əmanətlərini banklardan geri çəkir
21:37 05.02.2016
Arxiv
809
Vüqar Bayramov: “Haqlı olaraq əhalinin banklara olan inamı azalıb və bu onlarda birmənalı olaraq əmanətlərin taleyi ilə bağlı narahatlıq yaradıb”
Əmanətlərin banklardan çıxarılması sürətlənib. Mərkəzi Bankın məlumatına əsasən, bu ilin əvvəlinə banklarda 9,4739 milyard manat əmanət var. 2015-ci il ərzində 3,1 milyard, təkcə dekabrda 640 milyon dollar çıxarılıb, yanvar ayının nəticələri isə hələ açıqlanmır.
Bank üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, əmanətlərin banklardan kütləvi şəkildə çıxarılması prosesi davam edəcək: "Manatın dəyərdən düşməsindən sonra əmanətlər banklara əsasən dollarla yerləşdirilib.
Yanvarın 1-ə olan məzənnəni götürsək, hazırda banklarda 6,1121 milyard dollar məbləğində əmanət var (cari məzənnə ilə isə daha da az - 5,9584 mlrd. dollar). 2015-ci ilin dekabrın 1-nə olan məlumata görə, banklarda olan əmanətlərin məbləği 7,0895 milyard manat idi. O dövrdə olan məzənnə ilə 6,7519 milyard dollar. Bu isə o deməkdir ki, təkcə dekabr ayı ərzində banklardan 640 milyon dollara yaxın əmanət çıxarılıb.
2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, banklarda olan əmanətlərin məbləği 7,1883 milyard manat idi. O dövrdə olan məzənnə ilə 9,2157 milyard dollar. Bu isə o deməkdir ki, 2015-ci il ərzində banklardan 3,1 milyard dollardan çox əmanət çıxarılıb”.
Ekspertin sözlərinə görə, əhalinin banklardan əmanətlərini geri çəkməsinin əsas səbəbləri bank sisteminə etimadın azalması, bəzi bankların bağlanması və sığortalanmamış əmanətlərin faktiki batması, mövcud bankların bir qisminin əmanətləri həyasızcasına və cəzasız olaraq qaytarmaması, bankların problemli kreditlərinin xeyli artması və nəticədə əmanətlərin batma ehtimallarıdır: "Bir səbəbi də xüsusi qeyd etmək lazımdır: dövlət istiqrazlarının buraxılması. Təbii, pulunu mütləq yerləşdirmək istəyən indiki dövrdə onu banka deyil, dövlətə etibar edəcək. Buna görə də əmanətlərdəki vəsaitlərin əksəriyyətinin dövlət istiqrazlarına axması qaçılmazdır”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov da deyib ki, əhalinin əmanətlərini banklardan çəkməsinə səbəb manatın ikinci dəfə devalvasiyaya uğraması və bunun fonunda vətəndaşların banklara olan etibarının itməsidir: "Bilirsiniz ki, manatın ikinci devalvasiyasına qədər əmanətlərin 80 faizi dollara çevrilmişdi. İndi isə təkcə manatla olan əmanətlər yox, eyni zamanda dollarla olan əmanətlərdə də geri çəkilir. Haqlı olaraq əhalinin banklara olan inamı azalıb və bu onlarda birmənalı olaraq əmanətlərin taleyi ilə bağlı narahatlıq yaradıb. Təəssüfləndirici haldır ki, əmanətlərin banklardan çəkilməsi prosesi sürətlə davam edir. Hesab edirəm ki, Mərkəzi Bank təcili olaraq banklara olan inamın artırılması istiqamətində real addımlar atmalıdır. Banklara olan etibar geri qaytarılarsa, müəyyən qədər əmanətlərin geri çəkilməsi prosesində səngimə müşahidə oluna bilər.
Əks halda, əmanətçilərin öz manatlarını banklardan çəkməsi bank sistemi üçün heç də arzuolunan deyil. Əmanətlər bankların cəlb etdiyi vəsaitlərin əsas maliyyə mənbələrindən biridir. Bu maliyyə mənbəsinin kiçilməsi bankların fəaliyyətinin məhdudlaşmasına gətirib çıxaracaq”. Ekspertin sözlərinə görə, əmanətlərin limitsiz olaraq sığortalanması ilə bağlı ilk oxunuşdan keçən qanun layihəsi mümkün qədər qısa zamanda qəbul olunmasına ehtiyac var ki, vətəndaşlar bütün əmanətlərinin dövlət tərəfindən sığortalanmasına əmin olsunlar.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat