Əhalinin DİQQƏTİNƏ: bu avtobusların hərəkət istiqaməti DƏYİŞƏCƏK

Mayın 29-da Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdiriləcək.
"Sherg.az"a bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata qeyd edilir ki, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib. Həmçinin 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.