"Əhalinin sağlamlığı dövlətimizin sosial siyasətinin əsasını təşkil edir”

"Azərbaycanın iqtisadiyyatı gücləndikcə yeni səhiyyə ocaqlarının, diaqnostik mərkəzlərin açılmasının şahidi oluruq"
"Əhalinin sağlam olması üçün profilaktik tədbirlərin görülməsi dövlətimizin sosial siyasətinin əsasını təşkil edir”.
Bu sözləri "Sherg.az”-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı deyib.
O bildirib ki, ölkə başçısının siyasətinin mərkəzində hər zaman vətəndaşların sağlamlığı dayanır:
"Bu hər zaman belə olub, belə də davam edəcək. Konstitutsiyamızda da qeyd edilib ki, hər bir vətəndaşın müalicə almaq, müayinələrdən keçmək hüququ var. Azərbaycanın iqtisadiyyatı gücləndikcə yeni səhiyyə ocaqlarının, diaqnostik mərkəzlərin açılmasının şahidi oluruq.
Bütün bölgələrdə müalicə mərkəzlərinin olması önəmlidir. Çünki, regionlarda yaşayan əhalinin müalicə alması üçün bir yerdən digər yerə getməsi olduqca çətindir.
Ona görə də, büdcəmiz artıqca regionlarda yeni səhiyyə ocaqları yaranır. Qobustandakı yeni xəstəxanın açılması da olduqca sevindirici haldır. Şəhərdən uzaq olduğu üçün oradakı əhalinin müalicə üçün Bakıya gəlməsi çətin idi.Vaxt və imkan baxımından bu mümkün olmurdu. Hər bir rayon əhalisinin yaşadığı ərazidə tibbi müayinələrdən keçmək haqqı var”.
Qeyd edək ki, dünən ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak ediblər.
Yeganə Bayramova