"Əhaliyə verilən içməli su hər gün laboratoriyadan keçirilir" - AZƏRSU



"Təşvişə düşməyə əsas yoxdur, su hər gün analiz edilir”.

Bunu Sherg.az-a əhaliyə verilən içməli suyun tərkibi haqqında danışarkən "Azərsu” ASC-nin nümayəndəsi Zahid Mirzəyev deyib. 

O bildirib ki, əhaliyə verilən içməli su hər gün laboratoriyadan keçirilir:

"Məlum zəhərlənmə hadisəsindən insanlarda panika yaransa da bundan sonra narahat olmağın əsası yoxdur.

Sakinlərə verilən içməli su heç vaxt təmizlənməmiş ötürülə bilməz. Su təmizləyici qurğulardan istifadə olunmaqla içməli suyun tərkibi zərərli maddələrdən təmizlənir və əhaliyə verilir. Məsələn, Ceyranbatan su anbarına böyük məbləğdə vəsait ayrılıb və təmizləyici qurğular quraşdırılıb. Oradan əhaliyə verilən içməli suyun tərkibində artıq zərərli maddələr ola bilməz”.

Ayyət Əhməd