Əkrəm Həsənov:"Şərqdə baş verən hadisələrə görə, qonşu ölkələrin valyutasında dəyişiklik baş verir. Bu səbəbdən neftin qiyməti artır. Bu isə Azərbaycan manatının möhkəmləndirir"
"Milli valyutanın məzənnəsi Mərkəzi Bankın subyektiv iradəsindən asılıdır”.
Bunu "Sherg.az"a manatın yenidən ucuzlaşmasına dair ehtimalları şərh edərkən iqtisadçı - ekspert Əkrəm Həsənov deyib.
O bildirib ki, Azərbaycanda valyuta məzənnəsi neftin qiymətindən asılıdır:
"Neftin qiyməti artırsa, Azərbaycana çox xarici valyuta daxil olur. Neftin qiymətinin ucuzlaşması isə o deməkdir ki, satdığımız neftə görə, az dollar alırıq. Bu baxımdan, neftin qiyməti dünya bazarlarında artırsa, dolların məzənnəsi niyə bahalaşmalıdır? O səbəbdən, xarici valyutanın bahalaşması üçün obyektiv səbəb yoxdur. Hazırda cəmiyyətdə mövcud olan ajiotaj isə subyektiv səbəblərdən irəli gəlir”.
Ə.Həsənov hesab edir ki, qonşu ölkələrin milli valyutasının ucuzlaşması onların özlərinə təsir edən məsələdir:"Şərqdə baş verən hadisələrə görə, qonşu ölkələrin valyutasında dəyişiklik baş verir. Elə bu səbəblərdən neftin qiyməti artır. Bu isə Azərbaycan manatının möhkəmləndirir.
Hətta növbədənkənar prezident seçkilərini belə tam əsassız şəkildə devalvasiya ilə əlaqələndirənlər var idi. Azərbaycanın bu qədər valyuta ehtiyatları olduğu halda, sırf devalvasiya riskinə görə, seçkiləri 6 ay əvvəl keçirməsi düşüncəsi məntiqsizdir. İnsanlar arasında ajiotaj yaradıb, pul qazanmaq istəyirlər”.
Aysel Aslan