Ekspertdən ŞOK: "1040 tələbə universitetlərin özləri tərəfindən qəbul edilib"
09:47 23.03.2017
Arxiv
1344
"2016-cı ildən etibarən, təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəziilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir".
Bu barədə Sherg.az-a təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə bu proses çox qeyri-şəffaf həyata keçrilirdi. Yəni tələbənin eyni təhsil müəssisəsində bir ixtisasdan, yaxud bir təhsil formasından (əyani, axşam, qiyabi) digərinə köçürülməsi, bir univeritetdən digərinə, xarici ölkədən Azərbaycana köçürülməsi Ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilirdi:
"Bu zaman kifayət qədər qanun pozuntuları, əsassız tələblər ortaya çıxırdı. Bundan başqa TQDK-nın keçirdiyi imtahanda keçid balını toplaya bilməyənl'r, heç bir yerə qəbul ola bilməyənlər, Rusiya, Ukrayna, Dərbənd və Dağıstanın ali təhsil müəssisələrinə qəbul olurdular.Sonradan Azərbaycandakı universitetlərin yüksək ballı ixtisaslarına köçürülürdülər. Və bunun ardınca məzun sisteminə daxil olmayan şəxslərə diplomların verilməsi, saxta diplom problemlərinin yaranması başladı.
1992-2016-ci illər ərzində 1742 nəfər tələbə xarici təhsil müəssisəsindən Azərbaycanın ali və orta ixtisas məktəblərinə köçürülüb.
Bu illər ərzində təkcə universitet rəhbərliklərinin razılığı ilə xarici ölkələrdən yox, həmdə ölkə daxilində bu proses həyata keçrilib. Belə ki, bu müddətdə 826 nəfər Azərbaycanın bir təhsil müəssisəsindən digərinə köçürülüb".
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda bu müddətdə 1040 tələbə məktəbə TQDK-nın xətti ilə deyil, təhsil müəssələrinin özləri tərəfindən qəbul edilib:
"Bundan başqa tələbələrin universitetdən obyektiv əsaslarla köçürülməsinin müsbət tərəfi odur ki, abituriyentlər ali məktəblərə qəbul zamanı yetlərli bal toplasa da, ixtisas seçimi zamanı düzgün seçim etməyib ürəklərincə olmayan ixtisaslara qəbul olmuşdular. Və təhsil müddətində aldıqları təhsilə o qədər də maraq göstərmirdilər. Amma indi yaradılan şəraitdən sonra onlar balları uyğun gələn və istədikləri ixtisasda təhsillərini davam etdirəcəklər.
Əldə etdiyim məlumata görə 2017-ci ildə ümumilikdə 497 nəfər bir ali təhsil müəssisəsindən və ixtisasdan digərinə köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib, 233 nəfər seçdikləri Ali təhsil müəssisələrinə köçürülüb".
Şəymən AŞIRLI
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət