Elçin Əhmədov: "Azərbaycan Avrasiya regionunun enerji və nəqliyyat xəritəsini dəyişməkdədir"
14:15 10.08.2018
Arxiv
1147
"Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlət kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil siyasət yürütməklə yanaşı regionda sülhün və təhlükəsizliyin təmin olunmasında dayaq nöqtəsidir”.
Bunu "Sherg.az”a "Moody's” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyi barədə proqnozlarına münasibət bildirərkən siyasi elmlər doktoru, professor Elçin Əhmədov söyləyib.
O diqqətə çatdırıb ki, Azərbaycan düşünülmüş daxili və xarici siyasəti ilə hərəkət edib, iqtisadi sistemini təkmilləşdirən yeganə region ölkəsidir:
"Müasir dövrdə Azərbaycanın həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi iri layihələr Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini dəyişir. Ölkəmizin dünyada həm iqtisadi gücü, həm nüfuzu, həm də siyasi imici yüksəlib.
Son illərdə həyata keçirilən geniş iqtisadi siyasət həm də milli təhlükəsizliyə xidmət göstərir. Azərbaycanın 24 il əvvəl imzaladığı "Əsrin müqaviləsi” artıq 2050-ci ilə qədər uzadıldı. Bu göstərir ki, Azərbaycanın neft yataqları daha 30 il istifadə oluna bilər.
Son 15 ildə qeyd olunan dinamik inkişaf göstəricilərinə nəzər saldıqda Azərbaycan bir çox layihələrdə öncül ölkə olduğunu görürük. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi bu sahədə mühüm əhəmiyyət kəsb edir. 2014-ci ildə "Cənub Qaz Dəhlizi"nin yaradılması ilə bağlı işlərə start verildi. Bu nəhəng layihə çərçivəsində TAP və TANAP kimi layihələrin reallaşması iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Qeyd etdiyimiz iri layihələrin fonunda regionda Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-Gürcüstan-İran kimi üçtərəfli və dördtərəfli formatların genişlənməsi göstərir ki, Azərbaycan regionla təhlükəsizliyə və ölkələrin iqtisadi güclərinin artmasına töhfə verir. Nəticədə, ölkəmizin son 15 ildə dinamik inkişafının yüksək sürətlə davam etməsi beynəlxalq reytinq agentliklərinin də diqqətini cəlb edir”.
Qeyd edək ki, "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına görə, ölkə iqtisadiyyatındakı bu ilin ilk 6 ayındakı göstəricilər onu deməyə əsas verir ki, əvvəlki illərdə başlanılan və hazırda davam etdirilən islahatlar nəticələrini verməkdədir. Əlverişli xarici mühit, ötən il neft qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxarıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya