Elə bir dərdi var ki: Yuxu ona ölüm kimi gəlir

İngiltərədə yaşayan 17 yaşlı Liam Derbyshire, xəstəliyi səbəbiylə hər yatdığı zaman ölüm təhlükəsiylə üz-üzə qalır. Dünyada yalnız 1500 nəfərdə bir adamda təsadüf edilən "santral hipoventilasyon" sindromuyla dünyaya gələn Derbyshire, hər yuxuya getdiyində ağciyər funksiyaları dayanır.
 Həkimlər doğulanda 6 aylıq ömürü qaldığını deyib. Derbyshire, bütün çətinliklərə baxmayaraq 17 ildir süni tənəffüz cihazı ilə həyatını davam etdirir. Yatmazdan əvvəl tənəffüs cihazına bağlanan gənc adam, hər gecə bir müşayiətçi tərəfindən təqib edilir. Xəstənin atası Peter Derbyshire, "Mənə, yaxşı yatırsanmı deyə soruşsan; xeyr. Oğulumun doğulduğu gündən etibarən hüzur içində yata bilmirəm. Bəlkə bu gecə ona yaxşı olacaq deyə düşünərək davamlı narahatlıq keçirirəm" deyə danışır.