Rusiya ordusu Kiyevin Solomensk rayonunda ofis binasına pilotsuz uçuş aparatı ilə zərbə endirib. Hücum nəticəsində ölən və yaralananlar var.
Axar.az xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko məlumat yayıb.
“İlkin məlumata görə, PUA-nın düşdüyü ofis binasının yaxınlığındakı dayanacaqda avtomobillər yanıb və 4 nəfərin meyiti aşkar edilib, daha 7 nəfər xəsarət alıb”, - deyə o əlavə edib.
Kiyevin meri bildirib ki, ofis mərkəzinin yaxınlığındakı dayanacaqda baş vermiş yanğın artıq söndürülüb.