Əli Abbasov bağ evindən 1 milyon dollar oğurlanması xəbərindən danışdı - YENİLƏNİB
13:36 13.02.2016
Arxiv
635
Oğurluq nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib
Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bağ evindən 1 milyon dollar oğurlanması barədə xəbərlərə münasibət bildirib.
anspress-in ə xəbərinə görə, Ə.Abbasov deyib ki, yazılanlar həqiqətə uyğun deyil: "Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil".
Əli Abbasov onu da bildirib ki, onun həqiqətən də 1998-ci ildən bəri Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.
**
10:55
Azərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Görədil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlanıb.
Lent.az-ın xəbərinə görə, bu barədə haqqın.az saytı hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Bildirilir ki, oğurluq hadisəsi nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib.
Məlumata görə, operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, Əli Abbasovun və digər yüksək vəzifəli şəxslərin timsalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi korrupsiyada ittiham olunub. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat