Əli Əhmədov: Özünəməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.
08:08 15.11.2018
Arxiv
645
Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünəməşğulluq üçün əhəmiyyətli olan stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub.
Trend-in məlumatın görə, bunu Baş nazirin müavini Əli Əhmədov "Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr edilmiş "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq!” adlı ilk konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünəməşğulluq forması tətbiq edilir. Bu da qadınların əmək fəaliyyətinin artırılmasına əlavə imkan yaradır.
Baş nazirin müavini hesab edir ki, Azərbaycanda qadınlar özünəməşğulluğun inkişaf etdirilməsi üzrə hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə kiçik istehsal və xidmət göstərmək üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsinin artırılması üçün proqramlar həyata keçirir: "Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırılmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərilərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır".
Onun sözlərinə görə, hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də odur ki, bütövlükdə ailə sferasında qadın əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirilsin və onların kiçik və orta sahibkarlıqla məşğul olmaq, özünüməşgulluqda iştirak etmək imkanları genişləndirilsin:
"Bu da hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Qeyd edim ki, bağçalar şəbəkəsinin genişləndirilməsi, məktəblərdə uzun təhsil saatlarının və qrafiklərin tərtib edilməsi bir yandan uşaqların tərbiyə olunması məqsədi güdürsə, digər yandan qadın əməyinin yüngülləşdirilməsi məqsədi daşıyır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya