"...Əlillər, qaçqın və məcburi köçkünlər, şəhid ailələri Prezidentin diqqət mərkəzindədir"

"Dövlət başçısı İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputat bildirib ki, müharibə veteranları və əlilləri, qaçqın və məcburi köçkünlər də dövlət rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunur:
"Bu məsələlər birbaşa cənab Prezidentin diqqət mərkəzindədir. Bilirsiz ki, şəhid ailələrinə və şəhidlərin vərəsələrinə verilən birdəfəlik müavinətlə bağlı dövlət büdcəsindən 35 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitlərin ilin sonuna qədər ödənilməsi ilə bağlı dövlət başçısının xüsusi tapşırığı var. 
Bundan əlavə Prezidentin daha bir Sərəncamı ilə şəhid ailələrinə verilən aylıq təqaüd artırılaraq 300 manat civarında müəyyən edilib. Bu da onu göstərir ki, cənab Prezident tərəfindən aparılan islahatlar, görülən tədbirlər, həyata keçirilən bu siyasət davamlıdır. Bu siyasət dövlətin yürütdüyü sosial-siyasətin əsasını təşkil edir. 
Prezidentin şəhid ailələri ilə bağlı qərarları və davranışları digər məmurlar və ölkə vətəndaşları üçün də nümunə olmalıdır. Dövlət başçısının fəaliyyəti hamımıza örnək olmalıdır”.
İsmayıl