"Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir"
15:52 15.07.2019
Arxiv
591
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti stansiyaların girişində əlilliyi olan şəxslərin metro xidmətlərindən istifadə etməsi üçün şəraitin yaradılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, artıq bir neçə aydır bununla bağlı xüsusi xidmət fəaliyyət göstərir: "Bu barədə Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məlumatlar dərc edilir. Belə ki, əlilliyi olan şəxslər, eləcə də digər səbəblərdən pilləkənlərdən enə bilməyən, eskalatorla düşmək qabiliyyəti olmayan şəxslər Metropolitenin xüsusi xidmətindən istifadə edə bilər. İstifadə qaydası isə çox sadədir.
Vətəndaş mobil tətbiq (Mobile Appilication) vasitəsilə bu xidməti sifariş edə bilər. Sifariş əsasında isə hansı imkanlar varsa, o imkanlardan istifadə edilərək vətəndaşa yardım göstərilir. 24 saat öncədən tutmuş, 1 saat öncəyə qədər sifariş qəbul edilir və həmin şəxs metronun girişində qarşılanaraq istədiyi mənzilə qədər rahat şəkildə yola salınır.
Bunun üçün qatarlarda da müvafiq yerlər ayrılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, metropoliten əlil arabaları da alıb. Biz bu xidmətin monitorinqini də aparırıq, sərnişinlər çox rahat və şəffaf şəkildə heç bir problemsiz bu xidmətdən istifadə edirlər. Gələcəkdə isə bu xidmətin daha da təkmilləşdirilməsi və inkişaf etidilməsi nəzərdə tutulub".
Metropoliten rəsmisi əlavə edib ki, bu məlumatı yayan şəxslərin ya bu xidmətdən məlumatları yoxdur, ya da bunu hansısa başqa bir məqsədlə ediblər: "Bizim belə bir xidmətimiz var və bu xidmət könüllü şəkildə vətəndaşlar tərəfindən istifadə edilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya