Əlillərin təhsil haqlarının ödənilməsinə 4 milyon manat xərclənəcək
19:57 03.05.2019
Arxiv
549
Hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır.
Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev "I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncam I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsilə əlçatanlığını təmin etmək və onların təhsil almaq imkanlarını genişləndirmək məqsədini özündə ehtiva edir. Sərəncama əsasən, ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019-2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm