Elinanın anası: “Dedi ki, mama, onlar çox pis hərəkət edirlər...” - MÜSAHİBƏ
14:42 11.04.2019
Arxiv
476
Məktəbli Elina Hacıyevanın intiharı gündəmi zəbt edib. Hadisəyə artıq ölkə prezidenti səviyyəsində də reaksiya verilib. Bu iş ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir. Prezident tərəfindən bir neçə dövlət qurumuna - Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın.
14 yaşlı qızın özünə qəsd etməsi ətrafında isə hər gün müxtəlif məzmunlu xəbərlər yayılır. Bu gün bəzi media qurumları Elinanın olduğu iddia edilən xoşagəlməz videogörüntü və fotolar da yayıblar. Elinanın anası Sevil Hacıyeva Lent.az-a eksklüziv müsahibəsində yayılan videogörüntü və fotolardan dəhşətə gəldiyini bildirdi.
- Bunlar niyə belə hərəkət edirlər? Məqsədləri nədir, anlamıram. Mən 14 yaşında qızımı itirmişəm. Bu nə iyrəncliklərdi? Nə videoda, nə də fotolarda olanlar Elina deyil. Mənim qızım məndən icazəsiz bayıra bir addım da atmayıb. Siqaret çəkməyib. O, icazəsiz heç yerə getməyib. İki gün gedib nənəsigildə qalırdı, darıxırdı. Zəng edib deyirdi ki, gəlin məni aparın. O qızlardan biri Fatma (adlar şərtidir), digəri isə Nigardır. Elina bu barədə mənə danışmışdı. O qızlardan uzaq gəzirdi Elina. Həmişə deyirdi ki, mama, onlar çox pis hərəkət edirlər. Mən utanıram. Deyirdim ki, sən ağıllı qızımsan. Hərə öz hərəkətinə cavabdehdir, utanma. Belə iyrənc hərəkətləri təşkil etməkdə bir məqsəd var. Mənim artıq cənnətdə olan qızımı ləkələmək. Çox təəssüf ki, bəzi media qurumları da buna dəstək olublar. Əminliklə deyirəm ki, bu işin arxasında, böyük ehtimalla, məktəbin direktoru durur. Sevinc Abbasova özünü təmizə çıxarmaq üçün belə pis, insanlığa yaraşmayan əməllərə əl atır. Elinanı ləkələmək istəyir, həyatını məhv etdilər, indi də ruhuyla oynayırlar.
- Sevil xanım, yayılan söz-söhbətə görə, Elina ögey atasıyla yola getmirmiş.
- Ay Allah, niyə axı, niyə bilmədikləri şeylər haqda bu cür xəbərlər yayırlar? Elina həm öz atası, həm də atalığıyla çox gözəl münasibətdəydi. Atalığı onu necə çox istəməyə bilər ki, dərsləri ilə maraqlanır, bayramlarda, ad günlərində ona hədiyyələr alırdı. Adam məndən pis şok keçirib, hələ də özünə gələ bilmir. Deyirlər ki, Elina atasıyla pis münasibətdəydi. Axı onlar hər gün yazışırdılar! Atası onu "zayçik” deyə çağırardı. Elinanın çox xoşuna gəlirdi atası belə deyəndə. Hər gün, hər axşam istinasız yazışırdılar. Bir yerdə gəzməyə gedirdilər. Bu nə iyrəncliklərdi mətbuat, saytlar yazır?!
- Amma onun nənəsigildə yaşadığı…
- (Sözümü kəsir) Elina anadan olandan mənim yanımda yaşayıb. Həm öz atasıyla olanda, həm də mən ikinci dəfə ailə qurandan sonra. Bayaq dedim, qızım nənəsinin yanına gedirdi, iki gün qala bilmirdi. Deyirdi, mama, darıxıram.
- Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu hadisəni nəzarətə götürdülər. Artıq müvafiq tapşırıqlar da verilib.
- Təşəkkür edirəm ki, bu məsələ artıq onların diqqətindədir. Mən inanıram ki, Elinanın qanı yerdə qalmayacaq. Bütün günahkarlar cəzalarını alacaqlar. Ən azı, başqaları övladlarını itirməsin deyə istintaqın ədalətli və obyektiv aparılacağına inanıram.
Səbuhi Sədəf
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət