
Əməkdar artist paylaşdığı videoya görə polis idarəsinə çağırıldı -Video
13:49 23.10.2016
Arxiv
532

Əməkdar artist Səlim Abbasov idarə etdiyi avtomobillə eyni anda 5 qaydanı kobud şəkildə pozub. Özünün lentə aldığı kadrlardan da göründüyü kimi, Səlim qanunla qadağan olduğu halda, 2 yaşlı uşağı avtomobilin ön oturacağında əyləşdirib. Bundan əlavə, özü təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, bir əlində banan, digər əlində isə telefonu tutub və çəkiliş aparıb. Əməkdar artist çəkdiyi videonu özü sosial şəbəkələrdə yayıb.
5 qayda pozuntusuna sərnişindaşıma qaydalarının pozulması, təhlükəsizlik kəmərindən istifadə etməmək, mobil telefonu əldə tutmaqla ondan istifadə etmək, hərəkət zamanı əlini sükandan çəkmək və sükan arxasında diqqəti yayındıran söhbətlərə aiddir.
"Qafqazinfo”nun məlumatına görə, sənətçi bununla bağlı "Xəzər Xəbər”ə bildirib ki, həmin görüntü bir neçə ay əvvəl yaşadığı "NZS” qəsəbəsində ara küçələrdən birində çəkilib: "Həmin vaxt bacım oğlu ilə avtoyuma məntəqəsindən gəlirdik. Mən heç vaxt uşağın həyatını təhlükəyə atıb hərəkətin intensiv olduğu yola çıxmaram”.
Məsələyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi də münasibət bildirib. Görüntünü izləyən idarənin bölmə rəisi Vaqif Əsədov sənətçinin qayda pozduğunu bildirib.
O, qeyd edib ki, sosial şəbəkələrdə yol hərəkəti ilə bağlı yayılan bütün görüntülərə yol polisi dərhal münasibət bildirir. Bu səbəbdən də artıq Səlim Abbasovun idarəyə gəlməsi ilə bağlı ona məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət