“Əmlak dəyəri bilərəkdən 300 dəfə artırılıb”
20:51 29.01.2016
Arxiv
980
SOCAR Qiymət Mehdiyevlə bağlı araşdırmaların nəticəsi barədə bəyanat yaydı
SOCAR-ın Baş ofisinin Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı K.Mehdiyevanın Türkiyə Respublikasının Bodrum şəhərinin Gökçebel məhəlləsində dəyəri 20 milyon ABŞ dolları təşkil edən 16 ədəd villanın mülkiyyətçisi kimi təqdim edilməsi barədə yayılan məlumatlar SOCAR-ın Risklərin İdarəedilməsi Komitəsi (Komitə) tərəfindən araşdırılıb və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” üzrə standartlarının tələblərinə uyğun qaydada müvafiq qərar qəbul edilib.
SOCAR-ın saytı məlumat verir ki, komitənin qərarına əsasən, SOCAR-ın Biznes Etika Məcəlləsinin şirkətin əməkdaşları üçün müəyyən etdiyi hər hansı normasının pozulması halları aşkar edilməmişdir. Komitə yayılmış bu cür məlumatların SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını, əsassız məlumatların yayılmasını qeyd edib və bu halları SOCAR-ın fəaliyyəti ilə bağlamaq cəhdlərini şirkətin işgüzar nüfuzuna, yerli və beynəlxalq layihələrin reallaşdırılmasına mənfi təsir göstərə biləcək risk kimi qiymətləndirib. Komitə eyni zamanda belə hallarda SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılmasının zəruriliyini qeyd edib.
Risklərin İdarəedilməsi Komitəsinin qərarını nəzərə alaraq SOCAR işgüzar nüfuzuna qarşı yönəlmiş bu məlumatların müəlliflərini qanunvericiliyin tələblərini pozmamağa, əsassız və yoxlanılmamış məlumatları yaymamağa, xüsusilə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş anlayışları səhv tövsif etməklə ictimaiyyətdə yanlış təsəvvürün yaradılmasına gətirib çıxaran hərəkətlərə yol verməməyə çağırır. Belə ki, Qiymət Mehdiyevin "dövlət məmuru” anlayışının altına salınması, onun dövlət orqanında çalışması haqqında yanlış təsəvvür yaradılması, aldığı əmlakın dəyərinin bilərəkdən 300 dəfə artırılaraq ictimaiyyətə çatdırılması, əldə etdiyi gəlirlərin isə qeyri-sağlam təhlili bu şəxsin özünü və ailəsini qanuni mənafeləri nəzərə alınmadan ictimaiyyətin gözündən salmağa yönəldilmiş cəhdlərdir. SOCAR beynəlxalq neft şirkəti olmaqla Azərbaycanın maraqlarını ölkə hüdudlarından kənarda təmsil edir, bunun üçün partnyor şirkətlərlə zəruri əməkdaşlıqlar qurur. Yuxarıda qeyd edilən yanlış məlumatın eyni zamanda SOCAR ilə əlaqələndirilərək ictimaiyyətə təqdim edilməsi təəssüf doğuran haldır və bu hal SOCAR-ın işgüzar nüfuzuna xələl gətirir.
Belə hallar SOCAR-ı işgüzar nüfuzunun müdafiəsi üçün əsassız, yoxlanılmamış və böhtan xarakterli məlumatlar yayanlar barəd zəruri hüquqi tədbirlər görmək hüququndan istifadə etməyə məcbur edir.
SOCAR bu kimi halların ictimaiyyət arasında bilərəkdən çaşqınlıq yaratmaq məqsədi daşıdığını, onun işgüzar nüfuzuna məqsədli şəkildə zərər vurmaq niyyəti ilə edildiyini bildirir və bəyan edir ki, belə məsələlərdə ictimaiyyətdə ədalətli mövqe formalaşdırılması üçün istənilən mətbuat orqanı ilə əməkdaşlığa hazırdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi