Enerji içkilərinin uzun müddət istifadə edilməsinin ürək əzələlərinə xeyli ziyanı olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "sherg.az"a bildirib ki, bu cür içkilərdən mümkün qədər uzaq durmaq və sağlam qidalanmaq vacibdir:
Enerji içkilərinin ziyanı barədə rəsmi açıqlama SOS siqnalıdır - Professor da təsdiqlədi
15:39 06.08.2018
Arxiv
4119
Son illər gənclər arasında energetik içkilərə maraq kəskin artıb. İnsan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları yeniyetmələrin, gənclərin bu içki növünə aludəçiliyini daha da gücləndirib.
Mövcud vəziyyət isə cəmiyyətdə ciddi narahatlıq doğurur. Elə dövlət qurumları da artıq məlum istiqamətdə həyəcan təbili çalır. Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.
Qurum diqqətə çatdırır ki, energetik içkilərin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Bu səbəbdən energetik içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır:
"Məhsulu alarkən onun tərkibi ilə tanış olun. Energetik içkilərin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır. Energetik içkilər spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər. Energetik içkilərin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir".
Enerji içkilərinin uzun müddət istifadə edilməsinin ürək əzələlərinə xeyli ziyanı olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "sherg.az"a bildirib ki, bu cür içkilərdən mümkün qədər uzaq durmaq və sağlam qidalanmaq vacibdir:"Energetik içkilərin tərkibindəki kofein, taurin, quarana, jenşen kimi maddələr var. Əslində bunlar texniki bir standartdır. Enerji içkilərinin uzun müddət qəbul edilməsi birmənalı şəkildə ziyandır. Bu içkilərin daimi istifadəsi ürək əzələsinin tam yorulmasına gətirib çıxara bilər. Təəssüflər olsun ki, bəzən məktəblərin yaxınlığında olan mağazalarda enerji içkilərinin satılmasına nəzarət olunmur. Buna diqqətli olmaq lazımdır. Uşaqlar valideynlərindən xəbərsiz həmin içkilərdən istifadə edirlər. Bundan başqa insanlara məlumat vermək lazımdır ki, bu içkilər ziyanlıdır, mümkün qədər istifadə etməsinlər. Əfsuslar olsun ki, bəzən korporativ maraqlar üstün tutulur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm