Ərdoğan bu gün Azərbaycana planlaşdırılan səfərini təxirə saldı
20:06 17.02.2016
Arxiv
724
Buna səbəb Ankarada baş vermiş terrordur
Ankarada çoxsaylı insan itkisi ilə nəticələnmiş terror aktından sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Azərbaycana planlaşdırılan səfərini təxirə salıb.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin rəsmi Anadolu agentliyi xəbər yayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.
"Anadolu”nun yazdığına görə, Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Agentlik qeyd edib ki, İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın həmsədrliyi ilə keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısı da təxirə salınıb.
Həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Ankarada baş vermiş partlayışdan sarsıldığını, həyatı itirənlərin ailə üzvlərinə başsağlığı verdiyi, yaralılara şəfa dilədiyini qeyd etdiyi də bildirilib.
Türkiyə prezidentinin də həmin tədbirdə iştirak çərçivəsində Azərbaycana səfəri planlaşdırılmışdı.
Türkiyənin baş naziri Əhməd Davudoğlu da sabah Brüsselə planlaşdırılan səfərini təxirə salıb.
Xatırladaq ki, bu gün Ankarada baş vermiş terror aktı nəticəsində Türkiyə Silahlı Qüvvələrinin əməkdaşlarını daşıyan avtobusa edilən bombalı hücum nəticəsində 20-dən çox ölən var. Hadisə nəticəsində 65 nəfər yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat