Ərdoğan: "Diktatorun olduğu bir ölkədə hər halda..."




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya lideri Sauli Niinisto  ilə ortaq mətbuat konfransında gündəmi qiymətləndirdi.
Ərdoğan, Ankarada 97 nəfərin həyatını itirdiyi canlı bomba hücumuna bağlı verdiyi açıqlamada, "Dövlət Nəzarət etmə Qurulunu vəzifələndirdim. Hücumla əlaqədar heç bir ehtimalın göz ardı edilməməsi lazım olduğunu düşünürəm. Bu hücum Türkiyəyə edilmişdir. Hücumun hədəfi ölkəmizin və millətimizin hamısınadır. Şənbə olayı ilə əlaqədar dərin dövlət deyilir. Bu nəyə görə deyilir? Biz dövlət idarə edirik və insanıq. Hamımızın səhvi ola bilər" deyib. Ərdoğan, xarici bir jurnalistin soruşduğu "Xalq sizdən qorxur. Diktator olduğunuzu söyləyənlər var. Nə deyərsiniz?" sualına "Diktatorun olduğu bir ölkədə hər halda belə bir sual soruşa bilməzsiniz. Diktatorun olduğu bir ölkədə o ölkənin baş naziri və ölkə başçısı ailəsi daxil sərhədsiz təhqirin olduğunu görə bilməzsiniz. Azadlıqların sərhədsiz yaşandığı ölkə Türkiyədir" deyə cavab verdi.