Ərdoğan ermənilərə səsləndi: "Ey erməni diasporu, sənədlərimiz burdadır. Sənin nə qədər sənədin var?"





"Tarixin hər dönəmində olduğu kimi böyük savaş illərində də ağrı acılar, faciələr yaşanmış ola bilər. Bundan sadəcə ermənilər təsirlənməyiblər. Balkanlarda, Qafqazda tarixin ən böyük qətliamları bu dövrdə törədilib". ANS PRESS-in məluimataına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı "100 il: Dünya müharibəsinin sənədləri" adlı tədbirdə iştirak edib. O, bildirib ki, Türkiyə 2015-ci ili zəfərlərin 100 illiyi kimiqeyd edir, bəziləri isə bu ili Türkiyə düşmənliyinin bayrağına çevirmək istəyirlər.

"Erməni diasporası dünyanın hər yerində soyqırımı iddiaları ilə bağlı kampaniyaları ilə Türkiyə düşmənçiliyini aşılamağa çalışır. Bunun məqsədi tarixin bir dönəmində ermənilərin yaşadığı ağrı-acıları diqqətdə saxlamaqdan çox, ölkəmizə və millətimizə düşmənlik etməkdir.
Anadoluda ermənilərdən ziyan görən yüzminlərlə insan var. Bu məsələ beynəlxalq ziyasətə alət edilməli deyil".

Erməniləri yalan məlumatlar yaymaqda ittiham edən Ərdoğan onlara müraciət də edib. "Ey erməni diasporu, sənədlərimiz burdadır. Sənin nə qədər sənədin, məlumatın var? Çıxar onları tarixçilərə, arxiv işçilərinə təlimat verək, hətta arxeoloq, hüquqşünasları da işə cəlb edək. Onlar gəlib bu sənədlər üzərində çalışsınlar, hər şey ortadadır, gerçəyi burada axtaraq.

Ölkələri gəzərək bir az pul yedirərək, lobbilər yaratmaqla, əxlaqa zidd yollarla Türkiyə əleyhinə kampaniyalarla bir şey əldə edə biləmərsiniz. Bu kampanyaların ecə aparıldığını biz yaxşı bilirik. Biz bu günə qədər bu çağrışlarımızın qarşılığını görə bilmədik. Məqsəd gerçəyi araşdırmaq yox, Türliyəyə hücum etmək, zərər verməkdir. Heç kim inciməsin. Bu məsələ ilə bağlı heç kimə veriləcək bir hesabımız yoxdur. Biz sadacə millətimizin son 100-150 ildə yaşadığı acıların izinə düşsək erməni iddialarından qatbaqat çoxu ortaya çıxar".