Ərdoğan İlham Əliyevə məktub göndərdi - MƏTN
13:18 14.09.2017
Arxiv
332
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Sherg.az"AzərTAc-a istinadən məktub bu gün imzalanan neft müqaviləsi ilə bağlı dövlət başçısına və müqavilənin imzalanma mərasimində iştirak edən tədbir iştirakçılarına ünvanlanıb. Məktubda deyilir:
"Dəyərli qardaşım.
Hörmətli tədbir iştirakçıları.
Sizi ən səmimi duyğularla və hörmətlə salamlayıram.
"Əsrin müqaviləsi” olaraq adlandırılan "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin 2050-ci ilə qədər uzadılmasının ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.
1994-cü il sentyabrın 20-də Azərbaycan ilə "Türkiyə Petrolları” şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında imzalanan müqavilənin uzadılmasını təmin edən Zati-aliləri cənab Prezidenti və bütün aidiyyəti şəxsləri ürəkdən təbrik edirəm.
Bu tarixi müqavilə və 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin hasilatına və dünya bazarına təhlükəsiz şəkildə nəqlinə imkan yaradıb.
Beləliklə, başda Azərbaycan olmaqla bütün bölgənin sabitliyinə, inkişafına, strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verilib.
Şübhəsiz ki, bu layihə beynəlxalq və regional səviyyədə həyata keçiriləcək səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir.
Azərbaycan neftinin Türkiyədən keçərək dünyaya çatdırılması ilə başlayan əməkdaşlıq prosesi "Şahdəniz-1” və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri ilə daha da dərinləşib.
Sonda, "Şahdəniz-2” və gələn il açılışını edəcəyimiz Trans-Anadolu təbii qaz boru kəməri, inşallah, bu əməkdaşlığımızın zirvəsi olacaq.
"Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar.
Bu münasibətlə dəyərli dostum Prezident İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarıma ən dərin sevgilərimi çatdırıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual