Ərdoğan intihar etdi: 16 yaşlı qızı fəryad qopardı - FOTOLAR

Adanada 4 ay əvvəl həbsxanadan çıxan şəxs, 16 yaşlı qızının yanında tapança ilə özünü vuraraq intihar edib. Hadisədən xəbər tutaraq işlədiyi xəstəxanadan evinə qaçan qadının sözləri hər kəsin ürəyini dağladı.
Təxminən 4 ay əvvəl həbsxanadan çıxan Ərdoğan Bilir (36) səhər 1 yaşlı oğulunu, həyat yoldaşı Ayşegül Bilir (33) xəstəxanada çalışdığı üçün baxıcısına apardı.
Oğulunu ora buraxan ata, evə gəlib məktub yazdıqdan sonra 16 yaşlı qızı I. B. məktəbə getmək üçün hazırlıq görərkən tapança ilə öz başına atəş açdı. Güllə səsini eşidən qız otağa girən zaman atasının qanlar içində olduğunu görüb qışqırdı. Qızın qışqırığına gələn qonşuları, dərhal sağlamlıq və polis qruplarına xəbər verdi. Hadisə yerinə gələn sağlamlıq qrupları, Bilirin həyatını itirdiyini təyin etdi. Polis hadisə ilə əlaqədar araşdırmaya başladı. "Ata" deyərək fəryad edən qız uşağını məhəllə sakinləri sakitləşdirməyə çalışdı. 1 yaşlı uşağı isə baxıcısı və qonşuları evindən uzaq tutmağa çalışdı. Marketə aparılan uşaq burada bir müddət gözlədildi. Daha sonra çölə çıxardılan balaca uşağın "Ata, ata" deyə səslənməsi hər kəsin ürəyini sızlatdı.(Milliyət)
Bilərin xəstəxanada işləyən həyat yoldaşına da ərinin xəstələndiyi deyilərək evə gəlməsini istədilər. Xəbəri alar-almaz evə qaçan gənc qadın, polis və təcili yardımları görüb şok oldu. Gözyaşlarına boğulan gənc qadın, "Ərimi görmək istəyirəm. Ərdoğan haradadır, niyə burada yoxdur" deyə fəryad etdi. Polis araşdırma apardığına görə evə girməsinə icazə verilməyən gənc qadının "Ərdoğan ölmədi" dəyin. Etmə Ərdoğan, niyə etdin, Ərdoğan!. Buraxın son dəfə görüm ərimi"  deyə ağı deməsi hər kəsin ürəyini dağladı. Polisin araşdırmasının ardından cənazə yarılmaq üçün Ədli Tibb Təşkilatının meyitxanasına aparıldı.