Ərdoğan İstanbul seçkisindən danışdı: “Biz sadəcə qəsb edilən haqqımızı istədik”





"Hamını millətimizin gözəl gələcəyi üçün dua etməyə səsləyirəm. Rəbbim Türkiyənin ortaq faydası üçün 82 milyon insana qucaqlaşma nəsib etsin”.

"Sherg.az” "Milliyet.com”a istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında səsləndirib. Prezident seçkilərdən danışaraq deyib ki, mübarizələrini davam etdirəcəklər:

"Gecə-gündüz işləməyə davam edəcəyik. Türkiyə önəmli seçki prosesini arxada qoydu. Nəticələrin ölkəmiz və şəhərlərimiz üçün xeyirə vəsilə olmasını diləyirəm.
Ümumi səs sayında 51,7 faizlə uğur qazandıq. AKP olaraq bələdiyyə seçkilərində 15 böyük şəhər, 24 rayon, 516 qəsəbədə bələdiyyə idarəçiliyi əldə etdik. Millətimiz bizə 1389 bələdiyyənin 758-nin məsuliyyətini həvalə etdi”.

Ərdoğan deyib ki, ən gərgin seçki müzakirəsi İstanbul böyük şəhər bələdiyyəsi ilə bağlı olub:

"AKP-yə səs verən 15 min seçicinin səsi qəsb edildi. Etirazlar dəqiqləşdikcə, qarşımıza başqa mənzərə çıxdı. Biz edilənlərin hesabını milli iradə oğrularından soruşmasaq, millətimiz bizdən hesab istəyər. Seçki qurumlarının bank və özəl məktəblərdə işləyənlər arasından seçilmiş olması, şübhələrimizi artırdı. Həm seçici siyahıları, həm də seçki qutusu üzvləri ilə bağlı qanunsuzluq olduğunu gördük. Təqdim etdiyimiz sənətlər, sübutlar kankret faktlara dayanır. İnkar edilməsi mümkün olmayan sənədlərimiz var. Çirkli əllərin seçkiyə müdaxilə etdiyi, məsələni addım-addım bu gərginlik nöqtəsinə gətirdiyi anlaşıldı”.

Ərdoğan qeyd edib ki, AKP İstanbulda seçkiləri az faizlə qazansaydı və belə bir qanun pozuntuları olsaydı müxalifət yaxalarına yapışardı:

"Biz sadəcə qəsb edilən haqqımızı və açıq-aşkar görünən qanun pozuntularının aradan qalxmasını istəyirik. Sadəcə milli iradəyə hörmət olaraq gərəkli nə isə onu etdik”.

Qeyd edək ki, Türkiyənin Ali Seçki Qurumu (YSK) dünən əvvəlki qərarı lığv edərək, İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi qərarını verib. Seçki iyunun 23-də keçiriləcək.

Anar