Ərdoğan yola çıxır: Prezidentlərin görüşündə müəyyən planlar cızılacaq
20:15 04.02.2016
Arxiv
802
Bakı, Ankara ilə Moskva arasındakı münasibətlərin normallaşmasında pozitiv rol oynaya bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il fevral ayının ikinci yarısında Azərbaycana səfəri planlaşdırılır. Ərdoğanın Bakıya gəliş səbəbi bəlli olsa da, ekspertlər iki dövlət rəhbərinin indiki kritik məqamda siyasi və iqtisadi mühüm məsələləri müzakirə edəcəklərini iddia edirlər.
Tanınmış politoloq Tofiq Abbasov hesab edir ki, Ərdoğanın Bakıya səfəri Azərbaycanla Türkiyə arasında geniş formatda olan əməkdaşlıq layihələri baxımından olduqca vacibdir. Çünki bu layihələrin əksəriyyəti enerji daşıyıcılarının Xəzər bölgəsindən Avropaya nəql olunması ilə bağlıdır. Politoloq son dövrlərdə iqtisadi müstəvidə strateji əməkdaşlıq formatının getdikcə genişləndiyini bildirib: "Bölgədə təhlükəsizlik problemləri aktuallaşır. Məlum hadisələr, Yaxın Şərqdə gedən proseslər, İraq və Suriyadakı dağıdıcı meyllər digər ərazilərə də yayılır. Qafqaz bölgəsində, Türkiyənin şərqində sabitlik pozulmasın deyə, Azərbaycanla Türkiyə arasında çox sıx əməkdaşlıq var. Yəni strateji məlumatlar mübadiləsi, qabaqlayıcı tədbirlərin görülməsi, stabilləşmə prosesinin etibarlı əllərdə saxlanılması işləri daha güclü qarşılıqlı fəaliyyət tələb edir. Hazırda Bakı ilə Ankara arasında tam anlaşma şəraitində razılaşdırılmış kurs həyata keçirilir. Digər tərəfdən, Rusiya ilə Türkiyə arasında münasibətlər gərginləşməkdədir. Ankara Azərbaycanı vasitəçi tərəf kimi görür. Burada bir vacib məqam isə Azərbaycanın bölgədə funksional rolu və dövlət başçısının mövqeyinin nəzərə alınması ilə bağlıdır. Yəni Bakı Ankara ilə Moskva arasındakı münasibətlərinin normallaşmasında pozitiv rol oynaya bilər. Bu səfər iki ölkə münasibətlərindəki gözləntiləri doğrultmaq məqsədi də daşıyır”.
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov da bildirib ki, hər iki ölkə başçısının iştirak edəcəyi iclasda müəyyən planlar cızılacaq və bir sıra məsələlər aydınlaşdırılacaq: "Eyni zamanda, daha da sıx əməkdaşlığın inkişafı ilə bağlı yeni yolların axtarılması müzakirə olunacaq. Təbii ki, Yaxın Şərqdə baş verən hadisələr və regionda yaranmış geosiyasi gərginlik fonunda bu görüş vacibdir. Çünki hər iki dövləti ətrafda baş verən hadisələr ciddi narahat edir”. Ekspert iki dövlət arasında yeni sazişin, hərbi əməkdaşlığın imzalanacağı iddiasına da münasibət bildirib: "Bizim Türkiyə ilə kifayət qədər müqavilələrimiz, sazişlərimiz var. Türkiyə bütün beynəlxalq arenalarda bizi dəstəkləyir. Rəsmi Bakı da hər zaman Türkiyənin yanındadır, müttəfiqidir. Düzdür, müxtəlif məsələlərdə fərqli mövqeyimiz var. Amma əsas münasibətlərimiz çox yaxşıdır. Düşünmürəm ki, hansısa əlavə müqaviləyə ehtiyac olsun”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat